Kran təmizləməyin 3 rahat və sadə yolu

Kranı demək olar ki, hər zaman evdə olan və sərt kimyəvi maddələr ehtiva etməyən vasitələrlə təmizləməyin bir çox yolu vardır:

Xiyar: Bu məşhur tərəvəz təkcə göz altındakı dairələri, göyərmələri müalicə etmək üçün yaxşı deyil, eyni zamanda da paslanmayan polad kranı parlaq edə bilər. Bunun üçün sadəcə xiyarı bütün kranın üzərinə sürtün və qalan toxumları yuyun. Arxasında heç bir ləkə qoymayacaq.

Limon: Kranınız əhənglə doludursa, sadəcə olaraq limonu yarıya bölüb bütün təsirlənmiş hissələrinə sürtmək olar. Sonra su ilə yaxşıca yaxalamaq və kranı qurutmaq üçün pambıq parça istifadə etmək lazımdır. Ləkə yaranmasın deyə kranın ətrafını təmizləyərkən eyni istiqamətdə tətbiq etməyi unutmayın.

Körpə yağı: Körpə yağı təmizləməkdən daha çox kranı cilalamaq və ona parıltı vermək üçün gözəl bir vasitədir. Pambıq parçaya bir neçə damcı əlavə edib limon və yaxud xiyarla yuduqdan sonra kranın bütün hisələrinə sürtmək olar.

Evdarliq.Az




 

 

.