- Əllərinizdən sarımsaq,soğan iyi gəlməsin deyə 2 çay qaşığı sodanı 1 stəkan suda həll edin və əllərinizi həmin məhlulda 30-60 saniyə saxlayın.
- Soyuducunun içinə 1 fincan çay sodası qoyub onu ayda 1 dəfə dəyişsəniz soyuducudan pis qoxu gəlməyəcək. Soyuducu içərisini dezinfeksiya etmək üçün çay sodası ilə vanil essensiyası məhlulu ilə soyuducunun qab və rəflərini silmək lazımdır.
- Termosdan pis qoxu yox etmək üçün onu soda ilə yumanız yetərlidir.
- Əgər çini çaydanda xoşagəlməz qoxu gəlirsə çaydanı yuyub, qurulamaq, sonra isə içinə 1 tikə qənd əlavə etmək lazımdır.
- Bıçağı bitki yağı ilə sildikdə siyənək qoxusu yoxa çıxır.
Müəllif: Fidan Muxtarova
Evdarliq.Az