Döşəyi ev şəraitində necə təmizləmək olar

Döşəyi ildə ən azı 2 dəfə yaxşı təmizləmək lazımdır. Bunun üçün ilk növbədə döşəyi hər tərəfdən tozsoranla təmizləyin.

Ləkələr varsa, "vaniş" kimi vasitələrdən və ya bu reseptdən istifadə edə bilərsiniz:

2 x.q. "perekis" 1 x.q. qabyuyan vasitəsi ilə qarışdırın ki, köpük əmələ gəlsin. Bu köpüyü ləkənin üzərinə çəkin, 15 dəqiqə saxlayın və sonra təmiz suda isladılmış əski ilə yaxşı silin.

Daha sonra döşəyin üzərinə soda səpin, bir neçə saat saxlayın və sonra sodanı tozsoranla yığın.

Döşəyi havaya verin.



loading...