Kafelləri təmizləmək üçün QARIŞIM

Hamam təmizliyində diqqət edilməli ən əhəmiyyətli nöqtələrdən biri kafellərin təmizliyidir.

Adətən kafellərin arasına dolan çirk pis bir görünüş yaradır. Ailem.az-ın verəcəyi bu qarışımla kafelləriniz parıldayacaq.

Lazım olanlar:

- 1 stəkan hidrogen peroksid

- 1 xörək qaşığı soda

- Bir az yuyucu vasitə

Hazırlanması:

Bir balonun içərisinə bütün vəsaitləri töküb ağzını bağlayaraq, 10 dəqiqə çalxalayın. Köpüklənməyə başlayan qarışımı plastik qaşıqla qarışdırın. Bu qarışımı çirkli kafellərin üzərinə töküb ovalayın. Kafelləriniz tərtəmiz olacaq.




Загрузка...