Süfrədən yağ ləkəsini necə aparmaq olar? Məsləhətlər

Süfrəyə istənilən ləkə düşübsə, onu mümkün qədər tez yumaq lazımdır. Köhnə ləkələr daha çətin gedir.

Evdarliq.az sizə süfrədən yağ ləkəsini aparmağın yollarını təqdim edir.

1 x.q. duzu az miqdarda su ilə qarışdırın, ləkənin üzərinə çəkin, 1-2 saat saxlayın, sonra yuyun.     

Yağ ləkəsinin üzərinə duz və ya uşaq səpmə tozu ("prisipka") tökün, üzərinə kalka və ya peqament kağızı qoyun, isti ütü ilə ütüləyin.  

Təbii parçadan olan ağ süfrəyə yağ ləkəsi düşübsə, onu soda əlavə olunmuş suda qaynatmaq olar. 5 l suya yarım stəkan soda və ağ paltarlar üçün camaşır tozunu əlavə edin və ləkəli süfrəni qaynadın. Həmçinin bu məqsədlə perekis də istifadə olunur.  

Qaynatdıqdan əvvəl süfrəni axşamdan səhərə qədər marqans əlavə olunmuş suda saxlasanız, effekt daha yaxşı olacaq.  

Yağ ləkəsini qabyuyan vasitənin köməyi ilə də aparmaq olar. Qabyuyan vasitəni ləkəyə çəkin, bir qədər ovcalayın, sonra süfrəni adi qaydada yuyun.

Duzla limon şirəsinin qarışığı da yağ ləkələrini aparmağa kömək edir.   

Kraxmal bişirin, isti halda ləkənin üzərinə çəkin, 1-2 saat saxlayın, sonra süfrəni yuyun.




loading...

Kariyes, dişlərin ağardılması, implantasiya, dişlərin düzgün təmizlənməsi...