Təmizlik işləri

Evdəki pis qoxuların qarşısını alan PRAKTİK ÜSULLAR

Evi nə qədər təmiz saxlasanız da, pis qoxulardan xilas olmaq hər dəfə mümkün deyil. Qarşısını almaqsa mümkündür.

Sizi evdəki xoşagəlməz iylərdən xilas olmaq üçün bir neçə praktik üsulla tanış edirik.

Zibil qoxusu

Zibil qutusunun içinə karbonat (soda) və ya qabartma tozu səpin. Tualetlər üçün hazırlanan qoxu aradan qaldıran həbləri qoymaq da pis qoxuların meydana gəlməsinə mane olar.

Tualet qoxusu

Davamlı təmizləməyinizə baxmayaraq, tualetinizdəki qoxulardan xilas ola bilmirsinizsə, unitazın içinə yarım stəkan karbonat, limon suyu və ya sirkə töküb bol suyla durulayın. Eyni zamanda, qəhvə dənələri tökün və sonra qaynar su ilə yuyun. Bir stəkan karbonatı və ya limon suyunu hamam otağının uyğun bir küncündə davamlı saxlayın. Bu üsul pis qoxunun yaranmasının qarşısını alacaq.

Boya qoxusu

Günlərlə evdən getməyən boya qoxusundan otağın ortasına bir qab parçalanmış boyat çörək qoyaraq xilas ola bilərsiniz. Ertəsi gecə də qaynamış isti süd qoyun.

Soyuducu qoxuları

Ağzı açıq bir qaba sirkə və ya karbonatlı su töküb soyuducuya qoyaraq içərisinin iy verməsinə mane ola bilərsiniz. Pendirin soyuducunu iylətməməsi üçün isə pendir qabına bir az kəklikotu qoyun.

Qarderob qoxuları

Limon və ya portağalı qərənfil suyuna batıraraq qarderobunuza asın. Meyvələr geyimlərinizə xoş qoxu yayacaq.

Yemək qoxuları

Yeməyin qaynadığı suya bir parça göbələk atsanız, yayılan pis qoxunun qarşısını ala bilərsiniz. Qızartma bişirərkən yağına bir sap cəfəri ataraq qoxunu azaltmaq olar. Balıq qoxusundan isə ağzı açıq qazanda sirkəli su qaynadaraq xilas olmaq mümkündür.

Mətbəx şkaflarının qoxuları

Rəflər və şkaflardan gələn qoxulardan xilas olmaq üçün içlərini spirtli suyla silin. Bir xırda qabın içinə un və ya xardal qoyun.

Aile.lent.az


.
Загрузка...


BÜTÜN BÖLMƏLƏRDƏN SEÇMƏLƏR

Ev şəraitində skrabların hazırlanması. UCUZ və EFFEKTLİ!

Ev şəraitində skrabların hazırlanması. UCUZ…

Kosmetologiya Hits:12376

Üz dərisinin cavanlığını qoruyub saxlamaq üçün...

Qışa çox dadlı LOBYA SALATI

Qışa çox dadlı LOBYA SALATI

Qışa tədarük Hits:14155

Tərkib: - 1 kq yaşıl lobya - 1...

Ləzzətli EV ÇÖRƏYİ. Resept

Ləzzətli EV ÇÖRƏYİ. Resept

Qəlyanaltılar Hits:981

Məhsullar: - 300 ml süd - 7 qr...

Dırnaqlarınız uzanmır? – Çarəsi bizdə

Dırnaqlarınız uzanmır? – Çarəsi bizdə

Kosmetologiya Hits:1022

Əllərinizə müxtəlif kremlər sürtürsünüz, amma yenə...

Ayaqqabı qarderobu üçün maraqlı ideyalar - FOTO

Ayaqqabı qarderobu üçün maraqlı ideyalar…

Faydalı məsləhətlər Hits:4805

Sirr deyil ki, ayaqqabı ümumi görünüşün...

Tez hazırlanan ƏTLİ PİROJKİ

Tez hazırlanan ƏTLİ PİROJKİ

Qəlyanaltılar Hits:15577

Mayalı xəmirdən istifadə olunmağına baxmayaraq pirojki...

SON ƏLAVƏ OLUNMUŞ MƏLUMATLAR

Badımcan pomidor və pendirlə sobada

Badımcan pomidor və pendirlə sobada

Qəlyanaltılar Hits:115

Məhsullar: - 3 badımcan

Əriklə biskvit. Sadə resept

Əriklə biskvit. Sadə resept

Şirniyyat Hits:149

Məhsullar: - 2 yumurta

Bürclərin evlilik həyati haqqında MARAQLI FİKİRLƏR

Bürclərin evlilik həyati haqqında MARAQLI…

Münasibətlər Hits:1012

Bəzi bürclər evliliyə və isti yuva...

Kəsmik və qara gavalı ilə piroq

Kəsmik və qara gavalı ilə…

Şirniyyat Hits:547

Məhsullar: - 200 qr kəsmik

Sadə meyvəli piroq

Sadə meyvəli piroq

Şirniyyat Hits:1504

Məhsullar: Xəmir: - 100 qr şəkər tozu

Badımcan farşla sobada

Badımcan farşla sobada

İsti yeməklər Hits:859

Məhsullar: - 3 badımcan (500 qr)

Ev şəraitində dadlı dondurma

Ev şəraitində dadlı dondurma

Desertlər Hits:6597

İlin hansı fəsli olursa olsun, dondurma...

Çaydanı ərpdən təmizləməyin ƏN UCUZ üsulu

Çaydanı ərpdən təmizləməyin ƏN UCUZ…

Faydalı məsləhətlər Hits:4061

Çaydan çox tez-tez istifadə edildiyi üçün...

Загрузка...

SON ŞƏRHLƏR

Яндекс.Метрика

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az