Hörümçəklərdən qurtulmaq üçün TƏBİİ ÜSUL

Evdəki hörümçəklərdən qurtulmaq istəyirsinizsə, bu təbii üsuldan istifadə edin.

Hörümçəklərin evdən uzaqlaşmasını istəyirsinizsə, şkafların içinə və evinizin müxtəlif yerlərinə evkalipt yarpağı qoya bilərsiniz. Hörümçəklər evkaliptin kəskin qoxusundan xoşlanmazlar və mühiti tərk edərlər.

Hörümçək qovan qarışıq:
 
Yarım stəkan su və 20 damcı evkalipt yağını qarışdırıb pəncərə kənarlarına, evin giriş sahəsinə və ətrafa sıxsanız, hörümçəklərin evə daxil olmasının qarşısını alarsınız.


Aile.lent.az