Təmizlik işləri

Yumşaq oyuncaqları necə təmizləmək olar

Yumşaq oyuncaqların təmizləməsini yaxşı olar ki, qışda həyata keçirəsiniz, çünki bu zamanoyuncağı bir müddət şaxtada saxlaya bilərsiniz.

Körpə və ya bir az böyük uşaqlar yumşaq oyuncaqları çox sevirlər.

Oyuncaqların çoxu təzə olsa da, onlardan bəziləri onlara valideynlərindən, böyük bacı qardaşlarından qalır. Buna görə valideynlər bu oyuncaqları tozdan və gənələrdən daim təmizləməlidir. Sizə yumşaq oyuncaqların təmizləməsinin ən təsirli metodlarını təqdim edirik.

Maşında yuma. İlk olaraq parçanın və oyuncağın içinin tərkibi ilə tanış olmaq lazımdır ki, onu maşında yumağın mümkün olub olmadığını aydınlaşdırasınız. Yun və xəzdən olan oyuncaqları paltaryuyan maşında yumaq məsləhət deyil.
Sonra oyuncağın sökük yerlərini yoxlayıb onları tikmək lazımdır. Bundan sonra oyuncağı yumaq üçün ya balışüzüyə, ya da ki, xüsusi kisəyə yerləşdirin. Bu həm oyuncağı qoruyacaq, həm də ki, paltaryuyan maşını. Oyuncaqları yuyarkən maksimal yumşaq yuyucu vasitə seçmək lazımdır. Yuma çox isti suda olmamalıdır, çünki bu oyuncağı rəngini apara bilər.

Quru təmizləmə. Əgər oyuncaq çox çirkli deyilsə, bu zaman ona quru təmizləmə kifayət edər. Bu prosedur üçün böyük plastik paket, qida sodası və yumşaq şotka tapmaq lazımdır. 2-3 orta ölçülü oyuncaq üçün yarım stəkan soda götürmək lazımdır. Sonra oyuncağı paketə yerləşdirib üzərinə soda tökün.
Paketin ağzını bağlayıb təxminən bir dəqiqə onu kifayət qədər güc ilə silkələyin. Son olaraq isə oyuncağı paketdən çıxarın və yumşaq şotka ilə onu soda və çirkdən təmizləyin.

Məsləhət: Paltaryuyan maşına yerləşməyən iri oyuncaqları, tozsoranın yumşaq mebel üçün xüsusi taxmaları vasitəsi ilə təmizləmək olar.

Soyuqla təmizləmə. Bu üsul daha çox köhnə oyuncaqlar üçün yararlıdır ki, ehtimal ki, onlarda tozdan başqa gənələr də artıq yer salıb. Bu həşəratları soyuq öldürür, buna görə onları güclü şaxta vaxtı eyvandan asa bilərsiniz. Hava isti olduqda isə siz oyuncağı polietilen paketə yerləşdirib bir gecəlik soyuducunun dondurma kamerasına yerləşdirə bilərsiniz.
Kimyəvi təmizləmə. Əgər oyuncaq sizin üçün çox əzizdirsə və siz onu heç cür təmizləyə bilmirsinizsə, bu zaman kimyəvi təmizləmə məntəqələrinə müraciət edin. Lakin bu zaman həmin məntəqələrin hansı vasitələrdən istifadə etdiklərini dəqiqləşdirin, çünki bir çox vasitələrin buxarı uşaq orqanizminə çox pis təsir edir.

Xanim.net


.
Загрузка...


BÜTÜN BÖLMƏLƏRDƏN SEÇMƏLƏR

Tez hazırlanan XAMALI PEÇENYE

Tez hazırlanan XAMALI PEÇENYE

Şirniyyat Hits:12950

Tərkib: - 200 qr qatı xama - 100...

Uşaq pudrasını ləkənin üstünə tökün və... - BUNLARI BİLMİRSİNİZ

Uşaq pudrasını ləkənin üstünə tökün…

Faydalı məsləhətlər Hits:4029

Uşaq pudrası yalnız uşaqlar üçün deyil...

Cərəzli ev konfetləri

Cərəzli ev konfetləri

Desertlər Hits:4367

Soyuq fəsillərdə insan vitamin çatışmazlığından əziyyət...

Portağalla dadlı MANNİK

Portağalla dadlı MANNİK

Şirniyyat Hits:2035

Tərkib: - 2 yumurta - 1 stəkan manna

Kələm qovurması. Sadə və dadlı!

Kələm qovurması. Sadə və dadlı!

İsti yeməklər Hits:3093

Məhsullar: - 1 kq kələm

Şokoladlı bulkalar

Şokoladlı bulkalar

Şirniyyat Hits:2370

Tərkib: - 450 qr un - 80 qr...

SON ƏLAVƏ OLUNMUŞ MƏLUMATLAR

Qoz və bişmiş squşonka ilə qat-qat pirojki

Qoz və bişmiş squşonka ilə…

Şirniyyat Hits:154

Məhsullar: - 500 qr hazır qat-qat xəmir

Badımcan pomidor və pendirlə sobada

Badımcan pomidor və pendirlə sobada

Qəlyanaltılar Hits:251

Məhsullar: - 3 badımcan

Əriklə biskvit. Sadə resept

Əriklə biskvit. Sadə resept

Şirniyyat Hits:299

Məhsullar: - 2 yumurta

Bürclərin evlilik həyati haqqında MARAQLI FİKİRLƏR

Bürclərin evlilik həyati haqqında MARAQLI…

Münasibətlər Hits:1206

Bəzi bürclər evliliyə və isti yuva...

Kəsmik və qara gavalı ilə piroq

Kəsmik və qara gavalı ilə…

Şirniyyat Hits:600

Məhsullar: - 200 qr kəsmik

Sadə meyvəli piroq

Sadə meyvəli piroq

Şirniyyat Hits:1674

Məhsullar: Xəmir: - 100 qr şəkər tozu

Badımcan farşla sobada

Badımcan farşla sobada

İsti yeməklər Hits:947

Məhsullar: - 3 badımcan (500 qr)

Ev şəraitində dadlı dondurma

Ev şəraitində dadlı dondurma

Desertlər Hits:6808

İlin hansı fəsli olursa olsun, dondurma...

SON ŞƏRHLƏR

Яндекс.Метрика

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az