Təmizlik işləri

Paltar yuyarkən bu səhvləri etməyin

Paltar yumaq qadınların ən böyük qayğılarından biridir. Bununla yanaşı, paltar yuyarkən bilmədən bəzi səhvlər edilir.

Bu səhvlərdən hansılarını etdiyinizi bilirsinizmi?

1. Yuyulacaq paltarları səhv qruplaşdırmaq

Paltarlar rənglərinə görə ayrılmalıdır. Eyni zamanda, parçalarına da diqqət etmək lazımdır. Məsələn, dəsmalları sintetik parçalardan olan paltarlarla qarışdırmaq olmaz.

2. Ləkələri səhv formada çıxarmaq

Əgər ləkələri çıxarmaq üçün sərt yoldan istifadə edirsinizsə, çalışın ki, paltarlarınızda dəlik yaranmasın. Bu əməliyyatı yavaş hərəkətlərlə etməlisiniz.

3. Lazım olduğundan çox yuyucu toz istifadəsi

Paltar yuyarkən lazım olandan çox yuyucu toz istifadə etsəniz, yuyarkən çox köpük yaranacaq. Bu isə köynək yaxası kimi yerlərdə yeni ləkələrə gətirib çıxaracaq. Ona görə də yuyucu tozdan çox istifadə paltar yumanın ən ideal yolu sayılmır.

4. Zəncirbəndə ("zamok") diqqət

Paltarları yumazdan əvvəl zəncirbəndləri bağlamaq lazımdır, yoxsa zəncirbənd digər paltarlara də zərər verə bilər.

5. Düymələrə diqqət

Köynək kimi düyməli paltarlarınızı yumazdan əvvəl düymələri açın, yoxsa düymələr qopa bilər.

6. Paltar yuma suyundan çox istifadə

Paltar yuma suyunu ləkələri çıxarsın deyə çox töksəniz, paltarlarınızın tez cırılmasına səbəb olar. Buna görə də paltarlarınızı qaynatmaq gözəl bir alternativ deyil.

7. Dəniz paltarları, şortik və bikinini paltar maşınında yumaq

Elastik quruluşlu şortik və bikini kimi paltarları paltar maşınında yumaq olmaz. Bu cür paltarları yumanın ən yaxşı yolu bir ləyəndə soyuq suyla əllə yumaqdır.

8. Paltaryuyan maşına istirahət etməsi üçün vaxt vermək

Bəziləri paltaryuyan maşının xarab olmasına səbəb ola biləcəyi üçün yumalar arasında paltar maşınının "dincəlməsini" gözləyir. Ancaq bu, səhv üsuldur. Çünki paltaryuyan maşın fasiləsiz istifadə edildikdə əvvəlki yumadan qalan enerji və istiliklə daha yaxşı işləyir.

9. Yastıq və odeyalları bir dəfə yumaq

Əgər yastıq və odeyalları paltaryuyan maşınında yuyursunuzsa, bir-birinin ardınca iki dəfə yumaq ən yaxşı üsuldur. Çünki yastıqlar köpüyü içinə çəkə və ikinci dəfə yuyulmazsa, köpüklü qala bilərlər.

10. Paltarları qruplaşdırmadan yumaq

Paltar yumanın ən yorucu tərəflərindən biri də paltarları qruplaşdırmaqdır. Bu əməliyyatı bir az daha asanlaşdırmaq üçün isə corabları ayırıb, ilk onları yumağa başlayın.

11. Dəsmallar üçün yumşaldıcı istifadəsi

Yumşaldıcıda olan kimyəvi qarışımlar dəsmallardakı əmici xüsusiyyəti azaldır. Buna görə də dəsmalları yuyarkən yumşaldıcı istifadə etmək səhv vərdişdir.

12. Bir dəfəyə çox paltar yumaq

Paltaryuyan maşının xarab olmasına yol aça biləcəyi üçün bir dəfəyə çox paltar yumayın.

13. Gödəkçə və paltoları səhv yumaq

Gödəkçələrin quruluşunun pozulmasının qarşısını almaq üçün maşına onunla birlikdə 3 dənə tennis topu qoyun. Tennis topu həm də çox köpüyü almağa da kömək edəcək.

14. Bahalı yumşaldıcı və tozlardan istifadə

Yuyucular arasında çox sayda ucuz vasitələr var. Məsələn, duz. Duz paltarlarınızı daha parlaq edər. Təbaşir də ləkələrin çıxmasına kömək olur. Limon suyu isə paltarlarınızı daha yumşaq və daha xoş qoxulu etmək üçün istifadə edilə bilər.

15. Paltar maşınına qulluq etməmək

Paltaryuyan maşına qulluq etmək çox əhəmiyyətlidir. Yuyucu toz və yumşaldıcı istifadə etdiyiniz üçün gözləri arasında qala bilər. Gözlər arasında yuyucu toz qalığı qala biləcəyi üçün onları arada bir çıxarıb nəzarət etmək məsləhətdir. Bununla yanaşı, yumadan sonra maşının qapağını açıq qoyun ki, içi qurusun. İldə bir və ya iki dəfə paltaryuyan maşınını isti su və sirkəylə işlədin, bu da paltar maşınının xarab olmasının qarşısını alacaq.

Lent.az


.
Загрузка...


BÜTÜN BÖLMƏLƏRDƏN SEÇMƏLƏR

Ev şəraitində üzün dərin təmizlənməsi

Ev şəraitində üzün dərin təmizlənməsi…

Kosmetologiya Hits:5980

Dərimiz daim təzələnir. Hüceyrələr ölür və...

Bürcünün həyat fəlsəfəsindən xəbərdar ol

Bürcünün həyat fəlsəfəsindən xəbərdar ol

Maraqlı... Hits:2394

Bürclər öz qəribəlikləri ilə seçildiyi kimi...

Toyuq filesi kartofla SOBADA. Çox asan RESEPT

Toyuq filesi kartofla SOBADA. Çox…

İsti yeməklər Hits:1590

Məhsullar: - 500 qr toyuq filesi - 3-4...

Çox dadlı ŞOKOLADLI KREM. Asan resept

Çox dadlı ŞOKOLADLI KREM. Asan…

Şirniyyat Hits:10740

Tərkib: - 1 banka "squşonka"

Qırışları yox edən PORTAĞAL MASKASI

Qırışları yox edən PORTAĞAL MASKASI

Kosmetologiya Hits:6598

Sizə dərini cavanlşdıran, daha təravətli və...

Cemli bulkalar

Cemli bulkalar

Şirniyyat Hits:29703

İnqrediyentlər: Xəmir üçün: - 200 ml süd

SON ƏLAVƏ OLUNMUŞ MƏLUMATLAR

Badımcan pomidor və pendirlə sobada

Badımcan pomidor və pendirlə sobada

Qəlyanaltılar Hits:115

Məhsullar: - 3 badımcan

Əriklə biskvit. Sadə resept

Əriklə biskvit. Sadə resept

Şirniyyat Hits:149

Məhsullar: - 2 yumurta

Bürclərin evlilik həyati haqqında MARAQLI FİKİRLƏR

Bürclərin evlilik həyati haqqında MARAQLI…

Münasibətlər Hits:1012

Bəzi bürclər evliliyə və isti yuva...

Kəsmik və qara gavalı ilə piroq

Kəsmik və qara gavalı ilə…

Şirniyyat Hits:547

Məhsullar: - 200 qr kəsmik

Sadə meyvəli piroq

Sadə meyvəli piroq

Şirniyyat Hits:1504

Məhsullar: Xəmir: - 100 qr şəkər tozu

Badımcan farşla sobada

Badımcan farşla sobada

İsti yeməklər Hits:859

Məhsullar: - 3 badımcan (500 qr)

Ev şəraitində dadlı dondurma

Ev şəraitində dadlı dondurma

Desertlər Hits:6597

İlin hansı fəsli olursa olsun, dondurma...

Çaydanı ərpdən təmizləməyin ƏN UCUZ üsulu

Çaydanı ərpdən təmizləməyin ƏN UCUZ…

Faydalı məsləhətlər Hits:4061

Çaydan çox tez-tez istifadə edildiyi üçün...

Загрузка...

SON ŞƏRHLƏR

Яндекс.Метрика

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az