Ev şəraitində xalçaların təmizlənməsi

Ev şəraitində xalçaları təmizləmək üçün müasir xalça üçün şampunlar istifadə olunur.

Bu şampunların istifadəsi zamanı bu kimi sadə qaydalara əməl edin:

- Xalçanı yaxşı tozsoranlayın.

- 1 hissə şampun üçün 9 hissə ilıq (təxminən 40 C) su götürülür.

- Şampunu yaxşı köpüklədin. Təmizlənmə üçün məh bu köpükdən istifadə olunur.

- Köpüyü süngər ("qubka") və ya şotka ilə xalçaya sürtün və xalşanı dairəvə hərəkətlərlə təmizləyin.

- 30 dəqiqə gözləyin və sonra xalçanı yenə də yaxşı tozsoranlayın.

Xalçaları ev şəraitində təmizləmək üçün müxtəlif təbii vasitələr də istifadə olunur. Bu vasitələrin arasında:

- Duz. Xörək duzu xalçaya qalın qatla səpilir, xalça süngər və ya şotka ilə yaxşı təmizlənir və sonra duz tozsoranla yığılır.

- Sirkə. 1 l su üçün 2 xörək qaşığı sirkə götürülür. Xalçanı sirkəli suda isladılmış süngər və ya şotka il yaxşı təmizləyin.

- Su naşatır spirti ilə. 1 l su üçün 1 x.q. naşatır spirti götürülür.

- Sodalı su. 1 l su üçün 2 xörək qaşığı soda götürülür. Sodanı suda həll edin və bu məhlulla xalçanı təmizləyin.   


Загрузка...
. .