Qab-qacaq

Teflon örtüyü olan qablarda təhlükə

Teflon müasir yanmayan materialdır.

Hal hazırda teflon örüyü olan tavalar və qazanlar hər bir evdə var.

Lakin dünyanın müxtəlif ölkələrində teflonla bağlı aparılan bir çox elmi araşdırmalar nəticəsində məlum oldu ki, teflon heç də ziyansız material deyil.

Araşdırmalar nəticələrinə əsasən, teflonun güclü qızdırılması çox ziyanlı maddələrin  ifrazına səbəb olur ki, bu maddələr insan sağlamlığına mənfi təsir edir. Belə hesab olunur ki, bu maddələr kanserogen (xərçəng əmələ gətirən) təsirə malikdir.

"Teflon" nişanının sahibi olan tanınmış DuPont şirkəti təsdiq edir ki, teflon 260 C kimi və bundan artıq qızdırıldıqda artıq kanserogen maddələri ifraz etməyə başlayır. Bu səbəbdən özünü bu maddələrin təsirindən qorumaq üçün belə qazanlarda qidaları qızartmayın, suda və ya buğda bişirin. Yalnız bu halqa qidanın sizin sağlamlığınız üçün ziyansız olmasına əmin ola bilərsiniz.

Teflon örtüyü olan qazanları aldıqda yalnız keyfiyyətli və tanınmış şirkətlər tərəfindən istehsal olunmuş malları seçin.

Əgər teflon örtünün üzərində cızıqlar və ya istənilən digər zədələr əmələ gəlibsə, belə qazanı və ya tavanı dərhal tullamaq lazımdır. Teflon örtünün zədələnməsi nəticəsində qidaya ziyanlı maddələr keçir. Bu səbəbdən teflon tavalarda və qazanlarda qida hazırladıqda bıçaqdan, çəngəldən və s. metal əşyalardan istifadə etmək olmaz. Qidanın hazırlanması zamanı yalnız taxta yaxud plastik ələtlərdən istifadə etmək olar.

Beləliklə, baxmayaraq ki, teflon örtüyü olan tava və qazanlar çox geniş istifadə olunur, onlara dünyada olan münasibət birmənalı deyil. Məhz bu səbəbdən bir çox həkimlər teflon örtüyü olan qazanlardan deyil, çuğun, minalanmış və keramika örtüsü olan qazan və tavalardan istifadə etmək tövsiyə edirlər.

Evdarliq.Az


. .
Загрузка...
Загрузка...

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az

Яндекс.Метрика