Dibi yanmış qazanı təmizləməyin ASAN YOLU

Yemək bişirərkən ocaqda unudulan qazan... Hər yeri bürüyən yanıq qoxusu...

Əvvəl yanan yeməyə kədərlənib, sonra da dibi yanmış qazanı necə təmizləyəcəm deyə fikir eləmək...

Bəs dibi yanmış qazanı rahat şəkildə necə təmizləmək olar? Bunun asan yolunu təqdim edirik. Bu üsulla qazanı yenidən tərtəmiz edib parıldada bilərsiniz.

Bunun üçün 1 desert qaşığı karbonat (çay sodası) və 1 fincan sirkəni yanan qazanın içinə töküb qaynadın. Həm yanmış qara ləkələr qopub çıxacaq, həm də qazan tərtəmiz olacaq.

Aile.lent.az


.
.
Загрузка...