Hər bir şagirdin anası məktəb köynəklərində əmələ gələn qələm ləkələri ilə mübarizə aparmağa məcburdur.
Bu heç də asan iş deyil. Sizə belə ləkələrin aparılması üsullarını təqdim edirik.
Təzə ləkələri aparmaq daha asandır. Bu səbəbdən qələmdən düşən ləkəni tez aparmağa çalışın.
1. Ləkəyə limon şirəsini çəkin, bir qədər sürtün, saxlayın və sonra paltarı adi qaydada yuyun.
2. Qatıq da belə ləkələri tez aparır. Ləkəyə qatıq çəkin, saxlayın və sonra yuyun.
3. Hidroqen peroksidinin ("perekis") köməyi ilə belə ləkələri aparmaq olar. 1 stəkan suya 1 xörək qaşığı "perekis" əlavə edin, qarışdırın, ləkələrə çəkin, bir qədər ovuşdurun, saxlayın və sonra paltarları adi qaydada yuyun.
4. Naşatır spirti müxtəlif ləkələri aparır. 1 xörək qaşığı spirt 1 stəkan ilıq suda qarışdırılır və ləkə yaxşı isladılır. Sonra bir qədər saxlanılır və yuyulur.
Evdarlıq.Az
Maraqlı... Hits:2605
Qarnın böyüməsi ciddi xəstəliklərin simptomu ola...
Qəlyanaltılar Hits:7640
Uşaqların əksəriyyəti dükanlarda satılan suxarikləri xoşlayır...
İsti yeməklər Hits:272
Çoxumuz pizza yeməyi sevirik. Hətta bəzilərimiz...
Faydalı məsləhətlər Hits:393
Bir çox ətir rəfləri əslində bənzədilmiş...
Kosmetologiya Hits:421
“Özümə baxmağa vaxtım yoxdur”, - deyən...
Faydalı məsləhətlər Hits:3492
Tomat, turşu, mürəbbə kimi bir çox...
Əziz və çox dəyərli xanımlar!
“Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.
Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız.
Saytımıza daxil olduqda ev işlərində daha təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində sizə çətin gələn işlərin asanlaşmasıdır.
Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün sizə yalnız həzz hissi yaşatsın!
Hörmətlə,
Evdarlıq.Az