Paltarlara qulluq

Cins şalvarlara qulluq. 11 vacib qayda

Cins şalvarları heç zaman dəbdən çıxmır.

Cins şalvarlarının xarici görünüşünü qoruyub saxlamaq üçün onlara düzgün qulluq etmək lazımdır. Cins şalvarlarına qulluq edəndə bu qaydalara əməl edin:

1. Cins şalvarları gec-gec yumağa çalışın.

2. Cins şalvarları, xüsusilə üzərinə qaşlar, strazlar, krujeva və s. olduqda əllə yumaq daha yaxşıdır.

3. Əgər siz cins şalvarları paltaryuyan maşınında yuyursunuzsa, onları nəzakətli ("деликатный") rejimdə yuyun və sıxılmadan istifadə etməyin. Üzərində bəzəklər (qaşlar, strazlar və s.), dekorativ "sürtülmə"lər və s. olan şalvarları yuduqdan əvvəl xüsusi torbaya qoyun.

4. Şalvarları islatmaq lazım deyil. Böyük vannaya ilıq su tökün, maye şəklində olan yuyucu vasitə əlavə edin və bu suda şalvarları yuyun.  

5. Yuduqdan əvvəl cins şalvarları tərs üzünə çevirin və "molniya"nı və düymələri bağlayın.

6. Cins şalvarları bol suda yaxşı yaxalayın. İlk bir neçə dəfə yuduqda cins şalvarların rəngi çıxır. Bu normaldır.

7. Nəzərə almaq lazımdır ki, ilk dəfə yuyulduqdan sonra şalvarlar təxminən 2 sm qısalır.

8. Hər yuyulmadan sonra şalvarlar bir qədər "yığılır" və sonra qeyindikcə açılır.

9. Cins şalvarları sıxmaq olmaz. Bu onları korlayır. Şalvarı qatlayıb vannanın qırağına asın ki, suyu süzülsün və sonra qurumaq üçün beldən asın.

10. Cins şalvarları kölgədə qurutmaq lazımdır.

11. Cins şalvarları tərs üzündən ütüləyirlər.    

Evdarliq.Az


. .
Загрузка...
Загрузка...

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az

Яндекс.Метрика