Paltarlara qulluq

Dəri gödəkçələrinizi belə təmizləyin - QAYDA

Qışın sevimli geyimlərindən olan dəri gödəkçələr kirlənəndə “Necə təmizləyək?”, - deyib oturmayın.  

Bir miqdar təmiz suya təzə süngəri batırıb yaxşıca sıxın və gödəkçəni silin. Quru parça ilə nəmini aldıqdan sonra taxta, ya plastik asılqana asın. Dəmir asılqan çiyinlərində iz buraxar. Nəmli qalmaması üçün pəncərə, ya qapı ağzına asın.

Təmiz gödəkçəyə vazelin, ya da zeytun yağı ilə baxım edə bilərsiniz. Bir miqdar vazelin, ya da zeytun yağını bütün gödəkçəyə bir parça pambıqla masaj edər kimi yedirib, taxta, ya plastik asılqana taxıb pəncərə, qapı ağzına asın. Bir gecə belə saxlayın.

Ləkələnmiş dəri gödəkçə necə təmizlənir?

Şkafda rütubətlənibsə, təmiz su və süngərlə silməniz bəs edər. Çay, qəhvə damcılayıbsa, quru bir parça ilə silə bilərsiniz. Ancaq boya kimi ağır ləkələr düşübsə, quru təmizləməyə verin.

İçliyi parça olan dəri gödəkçələri təmizləmək üçün bir qabı su ilə doldurun. Ağ hamam sabunu, ya da ərəb sabunu ilə suyu köpüklədin. Gödəkçəni suyun içinə salın, yuyun və durulayın. Quru dəsmalla dəri qismini qurulayın və asılqana asaraq qurumağa qoyun. Parça hissəsindən damcılaya biləcək su üçün altına bir qab, ya da quru parça qoyun. Tez quruması üçün radiator yanına qoymayın. Saç qurutma aləti ilə tez qurutmağa çalışmayın.

Qeyd: Ən həssas dərəcədə belə, dəri geyim paltaryuyan maşında yuyulmamalıdır. Bu, ancaq onu qırışdıra bilər. Üzərindəki ləkələr dəri ayaqqabı boyası ilə boyanmaz. 

Aile.lent.az


.....

.
.

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az

Яндекс.Метрика