Paltarlara qulluq

Dublyonkanı ev şəraitində necə təmizləmək olar. Faydalı məsləhətlər

Dublyonkanı ev şəraitində yaxşı təmizləmək olar.

Nəzərə almaq lazımdır ki, çox çirklənmiş dublyonkanı təmizləmək daha çətindir. Dublyonkaya düşmüş ləkələri mümkün qədər tez təmizləmək lazımdır.

Əgər siz yağışa düşmüsünüzsə, dublyonkanı ev temperaturunda yaxşı qurudun. Dublyonkanı sobaların və istilətmə sistemlərin yanında qurutmaq olmaz.  

Dublyonkanı necə təmizləmək lazımdır?

- Dublyonkanı  tozsoranla yaxşı təmizləmək olar. Bu zaman mebel üçün olan yumşaq sotka istifadə olunur.

- Təzə ləkənin üzərinə manna yarmasını tökün və pambıq parça ilə yaxşı-yaxşı sürtün. Yarma çirklənibsə, təmiz yarma ilə əvəz edin və yenə yaxşı sürtün. Proseduranı qurtardıqdan sonra dublyonkanı yaxşı çırpın.

- Təzə yağ ləkəsinin üzərinə nişasta səpin və nişasta yağı çəkdikcə təzəsi ilə əvəz edin.  

- Parıldayan yerləri pozanla yaxşı sürtün və sonra xüsusi şotka ilə təmizləyin.

- Köhnə ləkələri tünd rəngli dublyonkadan təmizləmək üçün əskini ağ neftdə isladın və ləkəni sürtün.

- Açıq rəngdə olan dublyonkanı təmizləmək üçün sabunlu suya 2-3 damcı naşatır spirti əlavə edin və ləkəni təmizləyin, sonra əskini təmiz suda isladın və ləkəni təmizləyib dublyonkanı ev temperaturunda qurudur.

- Dublyonkanı təmizləmək üçün bu üsuldan istifadə edin. 1 l suda 1-2 xörək qaşığı sirkə həll edin, pambıq əski isladın və bütün dublyonkanı təmizləyin.

- Dublyonkada xəz yaxalıq və ya manjetlər varsa, xəzi daraqla darayın və sabunlu suda isladılmış əski ilə silin. Sonra ev temperaturunda qurudun və yenidən darayın.  

- Dublyonkanı hər hansı vasitə ilə təmizlədikdən əvvəl bu vasitəni dublyonkanın kiçik hissəsində sınayın.

 Evdarliq.Az


. .
Загрузка...
Загрузка...

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az

Яндекс.Метрика