Paltarlara qulluq

Paltarların yuyulması. Əsas qaydalar

Paltarları yumazdan əvvəl, onları saxlamaq qaydalarını bilmək lazımdır.

Çirkli paltar üçün ən yaxşı konteyner əvvəlki kimi təmiz havanı təmin edən hörmə səbətlər hesab edilir. Əsası odur ki, paltarları iylənmə və kifdən qoruya bilərsiniz.

Paltaryuyan maşında paltarların yuyulması qaydaları

- Paltarları paltaryuyan maşınıda yumazdan əvvəl ciblərini boşaldın. Sonra paltarın bütün düymələrini açmaq, zamokları, knopkaları və qarmaqcıqları isə bağlamaq, şnurları düyünləmək lazımdır.

- Köynəklərin yaxalıqları və qolların manjetlərini düzəldin.

- Rəngli paltarları tərs üzünə çevirin.

- Müasir paltaryuyan tozlar ləkələrin çoxunun öhdəsindən gəlir. Lakin elə ləkələr var ki, paltarı paltaryuyan maşına salmazdan əvvəl xüsusi vasitələrlə - ağardıcılarla və ləkəaparanlarla təmizləmək lazımdır. Hər dəfə qabaqcadan boyalanmanın davamlığını yoxlayın (vasitəni əşyanın hansısa gizli detalında yoxlayın).

- Bundan sonra paltarın növlərinə - rənginə, temperatur rejiminə və parçaların tərkibinə görə ayrılmasına keçmək olar.

- Ağ paltar həmişə ayrıca yuyulur. Açıq rəngli paltarı birləşdirmək olar, məsələn, çəhrayını, açıq-sarını və mavini. Rəngi gedən paltarlardan başqa, tünd rəngli paltarlar da bir yerdə yuyulur. Yaxşısı budur ki, rəngi gedən parçaları bir tərəfə qoyub, heç nə ilə qarışdırmayın. Həmçinin çox çirkli paltarları da ayırmaq lazımdır.

- Düzgün temperaturu və yumanın proqramını necə seçmək olar? Əlbəttə, çoxusu maşından asılıdır, amma ümumi qayda budur: ağ və çox çirkli paltarlar üçün isti su, tünd rəngli və rəngi gedənlər üçün soyuq su, bütün qalanları üçünsə ilıq su.

- Maşında yumanın bir vacib prinsipini unutmaq lazım deyil: paltarın sərbəst dövr etməsi üçün paltaryuyan maşını ağzına qədər yükləməyin. Paltarla sıx doldurulmuş maşında paltarlar pis yuyular və çox əzilər.

- Nəzərə alın ki, paltarları yuma prosesi qurtarandan dərhal sonra yaxşı çırpıb asmaq lazımdır, onda ütüləmə prosesi çox asan olar.

- Evdar qadının da bir neçə növ yuyucu vasitələri olmalıdır: rəngli paltar, ağ paltar, yun parçalar üçün toz və s.

- Bir çox müasir tozlara daxil edilən fermentlər, yaxud enzimlər (bioloji katalizatorlar, hansılar ki, yumurta, qan, şərab və s. ləkələrin öhdəsindən yaxşı gəlirlər) 50C-dən artıq temperatura davam gətirmirlər, odur ki, yataq ağlarının yuyulmasında və qaynadılmasında fermentli tozlardan istifadə etmək mənasızdır.

- Ayrıca diqqəti ağardıcılara yetirmək lazımdır, çünki onlar korlanmış paltarı həm bərpa edə bilər və ya tamamilə təzə əşyanı korlaya da bilər (əgər düzgün istifadə olunmazsa). Bütün ağardıcılar maye halında və ya toz şəklində olurlar və tərkibində xlor olanlara və oksigen olanlara bölünürlər. Ağardıcıların əsas məqsədi yerli çirklənmələrə təsir etməkdir. Bura otdan, şirələrdən, qəhvədən, çaydan, şərabdan və s. düşən ləkələr daxildir.

- Həmçinin bərpaedici ağardıcılar da var ki, daha yumşaq təsir edir və bunun üçün də onlar ipəyin və yunun ağardılması üçün istifadə edilir.

- Paltarlara yumşaqlığı və xoş ətri xüsusi kondisionerlər verir, onlar həm də toxuma liflərini köhnəlməyə qoymur, statik cərəyanı götürür və ütüləməni asanlaşdırır. Adətən, onları son yaxalamada əlavə edirlər.

- Avtomatik paltaryuyan maşınlarda yumaq üçün 1 ölçülü stəkan (250 q) yuyucu toz götürmək lazımdır. Yəni avtomatik paltaryuyan maşının tam bir yüklənməsi üçün  dolu şüşə stəkan tövsiyə edilir.

- Tozun dozası həm də suyun codluğundan, çirklənmənin dərəcəsindən və yumaq üçün paltarın miqdarından asılıdır. Az kirlənmiş paltara 0,5 ölçülü stəkan, çox kirlənmiş paltara 1,5 stəkan toz lazımdır. Əgər su yumşaqdırsa, onda 1/3 stəkan toza qənaət etmək, əgər coddursa - əksinə, 1/3 stəkan tozu əlavə etmək lazımdır.

Evdarliq.az


.
Загрузка...

BÜTÜN BÖLMƏLƏRDƏN SEÇMƏLƏR

Göbələk və toyuqla JULYEN

Göbələk və toyuqla JULYEN

İsti yeməklər Hits:1760

Məhsullar: - 400 qr toyuq filesi - 400...

Badamlı-şokoladlı peçenye. Sadə və çox dadlı!

Badamlı-şokoladlı peçenye. Sadə və çox…

Şirniyyat Hits:3107

İnqrediyentlər: - 150 qr badam - 225 qr...

Dərini təmizləyən və parıldadan UCUZ VASİTƏ

Dərini təmizləyən və parıldadan UCUZ…

Kosmetologiya Hits:2752

Karbonat (çay sodası) bir çox dəri...

Yeni il üçün SARI İT salatı

Yeni il üçün SARI İT…

Salatlar Hits:2260

Məhsullar - 1 toyuq filesi - 1 bişmiş...

Çuğundur şirəsi haqqında

Çuğundur şirəsi haqqında

Ərzaqlar Hits:2528

Çuğundur şirəsi ən xeyirli şirələrdən biridir...

Limonlu-ballı peçenye

Limonlu-ballı peçenye

Şirniyyat Hits:6874

Tərkibi: - 1 stəkan un - 1...

SON ƏLAVƏ OLUNMUŞ MƏLUMATLAR

Üzümlə zərif piroq

Üzümlə zərif piroq

Şirniyyat Hits:374

Ərzaqlar: - 2 yumurta

Gavalı ilə sadə piroq

Gavalı ilə sadə piroq

Şirniyyat Hits:442

Ərzaqlar: - 400 qr gavalı

Çox dadlı qəhvəli peçenye

Çox dadlı qəhvəli peçenye

Şirniyyat Hits:350

Ərzaqlar: - 100 qr kərə yağı

Sadə və dadlı yay salatı

Sadə və dadlı yay salatı

Salatlar Hits:631

Məhsullar: - 200 qr təzə kələm

Şaftalı və xamalı kremlə çox dadlı PİROQ

Şaftalı və xamalı kremlə çox…

Şirniyyat Hits:557

Məhsullar: Xəmir üçün:

Yemişlə sadə və dadlı piroq

Yemişlə sadə və dadlı piroq

Şirniyyat Hits:458

Məhsullar: - 5 yumurta

Tez hazırlanan giləmeyvəli piroq

Tez hazırlanan giləmeyvəli piroq

Şirniyyat Hits:886

Məhsullar: Xəmir:

Qoz və bişmiş squşonka ilə qat-qat pirojki

Qoz və bişmiş squşonka ilə…

Şirniyyat Hits:1046

Məhsullar: - 500 qr hazır qat-qat xəmir

SON ŞƏRHLƏR

Яндекс.Метрика

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az