Xəzlərə qulluq. Vacib qaydalar!

Yaxalıqlarda, papaqlarda, mantoda olan təbii xəzləri müntəzəm olaraq şotka ilə daramaq lazımdır.

Çirklənmiş yerləri təmizləmək üçün soyuq suya yuyucu toz (enzimsiz) əlavə edin, suda  süngəri isladın və şirklənmiş yeri silin. Sonra xəzi təmiz nəm əsgi ilə silib qurudurlar.

Yağışın və ya qarın altına düşmüş kürkü çırpın və isti sobadan uzaq yerdə səliqə ilə asılqana asın və ev temperaturunda qurudun. Kürükü heç bir halda fenlə qurutmaq olmaz!

Kürkü, hətta astardan ütüləmək olmaz! Bu dərini korlayır və kürk asanlıqla cırıla bilər.

İstənilən ətir, kosmetika, krem kürükün üzərinə düşməməlidir. Bu kürkü korlayır.    

Yaş xəzi günün altında və odun üstündə qurutmayın. Kürkü ağardılmış divarın yanında asmayın, çünki əhəng xəzi korlayır.

Xəz quruduqda, kürkü möhkəm çırpın, amma şotka ilə daramayın. Bahalı təbii xəzdən olan geyimləri şotka ilə təmizləmək tövsiyə edilmir. Onları yaxşıca çırpmaq və tükünü seyrək daraqla daramaq lazımdır, bundan sonra səliqə ilə ağ pambıq parçaya büküb saxlamaq lazımdır.

Ağ xəzi saralmaqdan qorumaq üçün yayda göy rəngli torbada yaxud çexolda saxlayın.

Pırtlaşmış xəzi əvvəlcə süngərlə isladın, sonra isə ehtiyatla darayın, qurudun və çırpın.

Xəzli geyimlərdən yağlı ləkələri yuyucu tozun məhlulu, yaxud sabun köpüyü ilə yuyub təmizləmək olar. Məhlulu, yaxud köpüyü dərini yaş etməyərək, şotka ilə xəzə hopdururlar, sonra ləkə olan yeri otaq temperaturundakı su ilə yuyurlar və ev temperaturunda qurudurlar.

Xəzdən hazırlanmış geyimləri sərin yerdə asılmış vəziyyətdə tünd pambıq çexollarda saxlayırlar.

Xəz geyimlərin asılacağı dolab əvvəlcədən yaxşı təmizlənməli və havası dəyişilməlidir. Dolab gen-bol olmalıdır, əks halda tük əziləcək. Kürkün ciblərinə və yaxalığın altına güvədən qoruyan vasitə qoyun. Kürklərin üstünə naftalin səpmək olmaz.

Süni xəzi yuyucu tozla yumaq olar. Kürkü yaxşı-yaxşı yaxalayıb mələfəyə bükün, sonra isə onu düzəldin və asılqanda qurudun. Süni xəzdən olan kürk güvədən "qorxmur".

Evdarliq.az