Paltarlara qulluq

Paltarları güvədən qoruyun. 10 MƏSLƏHƏT

Güvənin 30-a yaxın növü var. Onların bəziləri yun, digərləri yarmalar, un, quru meyvələri, tərəvəzləri və s. yeyir.

Burada biz paltar yeyən güvədən danışacayıq.

İnsanların əksər hissəsi elə bilir ki, paltarlarımızı uçan güvə yeyir. Bu belə deyil. Yaxından tanıdığımız güvə-kəpənək paltarlara yumurtalarını qoyur, daha sonra oradan qurdlar çıxır. Məhz bu qurdaların böyüməsi üçün qida (yəni bizim paltarlarımız) lazımdır.

Güvənin bu növü yun, xəz, təbii məxmər, tük və s. yeyir. Paltarlarımızı güvədən necə qoruyaq?

1. Güvə (daha dəqiq desək, onun qurdları) gün şüalarını və təmiz havanı sevmir. Məhz bu səbəbdən tez-tez geyinilən paltarları güvədən qorumağa ehtiyac yoxdur. Lakin uzun müddət ərzində şkaflarda, dolablarda qalan, geyinilməyən paltarlar və s. ev əşyaları (yastıqlar, yorğanlar, döşəklər, yun xalçalar və s.) təhlükə altındadır. Bu səbəbdən belə paltarları və ev əşyaları tez-tez günə vermək, havaya çıxartmaq lazımdır.

2. Paltarları şkaflara yığmamışdan əvvəl onları mütləq yumaq və ütüləmək, mümkün olduqda isə yaxşı təmizləmək lazımdır. Güvə çirkli, tərli paltarları daha çox xoşlayır.

3. Naftalindən istifadə etməyin. Bu vasitə insan orqanizminə kanserogen (xərçəng əmələ gətirən) təsir edir. Naftalin xüsusilə uşaqlar üçün ziyanlıdır.

4. Paltarları və s. ev əşyaları güvədən qorumaq üçün xüsusi müasir güvə əleyhinə vasitələrdən istifadə edin. Bu vasitələr sağlamlığa mənfi təsir etmir və paltarları qoruyur.

5. Lavanda və şam ağacının efir yağları güvəni qovur. Bu yağlarda pambıq diskləri isladın və şkafların və dolabların künclərinə qoyun. Vaxtaşırı olaraq diskləri dəyişin.

6. Nənələrimiz güvədən qorunmaq üçün tütündən istifadə edirdi. Bu sınanmış vasitədir. Tütünü şkafların künclərinə, xəzlərə, yun paltarların, yun ev əşyaların arasına tökün.

7. Güvə ətirşah bitkisinin iyini sevmir. Əturşahın təzə yarpaqlarını paltarların arasına, şkaflara qoyun və vaxtaşırı olaraq qurumuş yarpaqları təzələri ilə əvəz edin.

8. İstiotun, sitrus meyvələrin iyi də güvəni qovur. Şkaflara quru portağal və ya limon qabıqları qoymaq, künclərə istiot tökmək olar.

9. Şkafların və dolabların qapılarını vaxtaşırı olaraq açın və bir müddət açıq vəziyyətdə saxlayın. Təmiz hava güvəni qovur.

10. Onu da nəzərə alın ki, bütün sadaladığımız vasitələr güvəni qovur, onu öldürmür. Əgər güvə artıq şkaflarınızda, dolablarınızda məskən salıbsa, tütün, lavanda, ətirşah və s. bu kimi vasitələr kömək etməyəcək. Paltarları xüsusi vasitələrlə işləmək lazımdır.

Evdarliq.Az


.
Загрузка...


BÜTÜN BÖLMƏLƏRDƏN SEÇMƏLƏR

Mərcinin faydaları

Mərcinin faydaları

Ərzaqlar Hits:2418

Mərci qədim vaxtlardan insanların qidalanmasına daxil...

Xoşagəlməz tüklərin nazikləşməsi üçün TƏBİİ RESEPT

Xoşagəlməz tüklərin nazikləşməsi üçün TƏBİİ…

Kosmetologiya Hits:11988

Bəzən qalın tüklər problem törədir, əsasəndə...

Şokoladlı çərəzli qəlyanaltı

Şokoladlı çərəzli qəlyanaltı

Qəlyanaltılar Hits:789

Həm ləzzətli, həm də sağlam olan...

Süfrədən yağ ləkəsini necə aparmaq olar? Məsləhətlər

Süfrədən yağ ləkəsini necə aparmaq…

Təmizlik işləri Hits:434

Süfrəyə istənilən ləkə düşübsə, onu mümkün...

Tənbəl xanımlar üçün SADƏ və EFFEKTLİ MASKALAR

Tənbəl xanımlar üçün SADƏ və…

Kosmetologiya Hits:1339

Zaman keçdikcə dərimiz öz gənclik təravətini...

Qadına hər yaşda lazım olan vitaminlər

Qadına hər yaşda lazım olan…

Sağlamlıq Hits:1871

Gözəl və sağlam görünmək üçün vitamin...

SON ƏLAVƏ OLUNMUŞ MƏLUMATLAR

Badımcan pomidor və pendirlə sobada

Badımcan pomidor və pendirlə sobada

Qəlyanaltılar Hits:115

Məhsullar: - 3 badımcan

Əriklə biskvit. Sadə resept

Əriklə biskvit. Sadə resept

Şirniyyat Hits:149

Məhsullar: - 2 yumurta

Bürclərin evlilik həyati haqqında MARAQLI FİKİRLƏR

Bürclərin evlilik həyati haqqında MARAQLI…

Münasibətlər Hits:1011

Bəzi bürclər evliliyə və isti yuva...

Kəsmik və qara gavalı ilə piroq

Kəsmik və qara gavalı ilə…

Şirniyyat Hits:547

Məhsullar: - 200 qr kəsmik

Sadə meyvəli piroq

Sadə meyvəli piroq

Şirniyyat Hits:1503

Məhsullar: Xəmir: - 100 qr şəkər tozu

Badımcan farşla sobada

Badımcan farşla sobada

İsti yeməklər Hits:859

Məhsullar: - 3 badımcan (500 qr)

Ev şəraitində dadlı dondurma

Ev şəraitində dadlı dondurma

Desertlər Hits:6596

İlin hansı fəsli olursa olsun, dondurma...

Çaydanı ərpdən təmizləməyin ƏN UCUZ üsulu

Çaydanı ərpdən təmizləməyin ƏN UCUZ…

Faydalı məsləhətlər Hits:4061

Çaydan çox tez-tez istifadə edildiyi üçün...

Загрузка...

SON ŞƏRHLƏR

Яндекс.Метрика

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az