Paltarlara qulluq

Qalın gödəkçələri evdə təmizləməyin 7 QIZIL QAYDASI

Havalar soyuduqca daha qalın və rahat geyimlər seçməyə çalışırıq.

Payız və qış aylarının ideal üst geyimi isə artıq uzun illərdir, pərqu (quş tükü) materiallı gödəkçələrdir. Lakin zaman keçdikcə bu geyimlər də çirklənib, ləkələnir. Xüsusən yağış, xanımlara tanış olan tonal krem və s. ləkələrdən sonra gödəkçələrin ilk günkü görünüşündən əsər-əlamət qalmır. Kimyəvi təmizləmə xidməti isə çoxumuzun cibinə uyğun deyil.

Odur ki, sizə pərqu materiallı gödəkçələri evdə yumağın qaydalarını təqdim edirik.

Bunun üçün aşağıdakı ardıcıl 7 qızıl qaydaya əməl etmək lazımdır.

Öncə gödəkçənin zəncirbəndini (zamok) sonadək bağlayın, üzərində xəz varsa çıxardın. Gödəkçəni tərs üzünə çevirin. Paltaryuyan maşında yalnız gödəkcəni yuyun. Maşının barabanına gödəkçə ilə birgə bir neçə ədəd ya rezin ya da tennis topu atın ki, içərisindəki pərqu yumaq şəkilinə düşməsin. Əgər tennis topu qoyacaqsınızsa, öncədən topları yuyun. Yalnız və yalnız maye təmizləyici vasitə istifadə edin. Təmizləyici toz vasitə qətiyyən olmaz!
Paltaryuyan maşının ən incə geyimlər üçün olan rejimini tənzimləyin. Suyun istiliyi 30 dərəcədən isti olmamalıdır. Sıxma funksiyasını isə minimal sürətdə ayarlayın (məs: 400). Pərqu materiallı gödəkçəni mütləq havada qurutmaq lazımdır. Onu səliqə ilə asıb, aradabir götürüb, ehmalca çırpın. Bu zaman içərisi yumaq kimi qalmayacaq, və daha tez quruyacaq. Yadda saxlayın ki, bu materialdan olan gödəkçələrin quruma prosesi bir neçə gün vaxt alacaq. Bütün planlarınızı da buna görə tənzimləyin. Yəni hava şəraiti və bir neçə gün bu gödəkçənizi digər üst geyimi ilə əvəzləmək imkanlarınızı nəzərə alın.
Bu şərtlərə əməl edərək, yuduğunuz gödəkçələriniz, təravətli və tər-təmiz olacaq.

Publika.az


. .
Загрузка...
Загрузка...

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az

Яндекс.Метрика