Paltarlara qulluq

Belə etsəniz, paltarınızın rəngi solmaz – 6 FAYDALI MƏSLƏHƏT

Bir çox hallarda aldığımız geyimlər bir neçə dəfə geyindikdən sonra öz rəngini itirməyə başlayır.

Hətta onu bir daha yumağa qorxuruq ki, tamamilə rəngini itirərək, solacaq. Bəs necə edək ki, paltarlarımızın rəngi solmasın? Ailem.az bununla bağlı sizə faydalı məsləhətlər verir.

Soda

Ağ geyimlərinizin ilk günki kimi görünməsini istəyirsinizsə, ağ geyimlərinizin yuyulma suyuna bir stəkan soda əlavə edə bilərsiniz.

Qara istiot

Geyimlərinizi paltaryuyan maşına qoymazdan əvvəl ona bir çay qaşığı qara istiot əlavə edin. Qara bibər həm paltarlarınızın rəngini, həm də parçasını qoruyacaq. Diqqət edəcəyiniz tək məqam isə suyun isti yox, ilıq olmasıdır.

Sirkə

Paltarlarınızın daha ağ görünməsi üçün onları durulayarkən sirkə əlavə edə bilərsiniz.

Duz

Rəngli və qara geyimlərin rənginin solmaması üçün onları duzlu suda islağa qoymaq lazımdır.

Yumurta qabığı

Ağ paltarlarınızı qaynadarkən ona yumurta qabığı əlavə etsəniz, ağappaq nəticəyə nail olacaqsınız.

Çay və qəhvə

Əgər tünd rəngli paltarlarınızın solmasından şikayətçisinizsə, onları dəmlənmiş çay, ya da qəhvə ilə yuya bilərsiniz. 

Evdarliq.az


. .
Загрузка...
Загрузка...

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az

Яндекс.Метрика