Təcrübəli ev xanımlarının məsləhətləri. 1-ci HİSSƏ

 

- Çuğundur tez bişsin deyə, onu soyuq suya deyil, qaynayan suya salın.

- Dadlı qayqanağın sirri - yumurtanı çaldıqda 1-2 xörək qaşığı soyuq su əlavə edin və yaxşı çalın.

- Soğanın acılığını götürmək üçün soğanı doğrayın, süzgəcə yığın və üzərinə qaynar su tökün.  

- Makaronlar yapışmasın deyə bişirilmə zamanı suya 1 xörək qaşığı bitki yağı əlavə edin.

- Vineqret salatını daha dadlı və zərif etmək üçün salata 1 xörək qaşığı süd və 1 çay qaşığı şəkər tozu əlavə edin.  

- Kələmi qızartdıqda rəngini saxlamaq üçün doğradıqdan sonra əvvəl üzərinə qaynar su tökün, sonra 1 dəqiqə ərzində soyuq suda saxlayın. Daha sonra isə yaxşı sıxın və qızardın.

- Mayalı xəmir hazırladıqda fikir verin ki, bütün inqrediyentlər eyni temperaturda olsun. Bunun üçün soyuducudan çıxarılan məhsulları (yumurta, kərə yağı) qabaqcadan soyuducudan çıxardın və 30 dəqiqə - 1 saat ərzində ev temperaturunda saxlayın.

- Piroqlara, bulkalara, sobada bişirilən pirojkilərə gözəl parıltı vermək üçün bişirdikdən əvvəl onların üzərinə çalınmış yumurta, süd və ya şirin su çəkin.

- Qızardılmış ətin yumşaq və zərif alınması üçün onu qızartdıqdan əvvəl kiçik tikələrə doğranmış kivi və ədviyyatların qarışığında 2 saat saxlayın. Bundan artıq saxlamaq olmaz.

- Kotletlərin dadını yaxşılaşdırmaq üçün farşa sürtgəcdən keçirilmiş çiy kartof və ya kök əlavə edin.

Evdarliq.Az


Youtube kanalımıza abunə olun ki, faydalı videolardan xəbəriniz olsun

Yeməkdən dərhal sonra ÇAY içənlər mütləq baxsın! - VİDEO