Yumurtanın boyanması üçün 10 orijinal ideya - FOTO

Novruz Bayramı yaxınlaşır. Sizə yumurtanın boyanması üçün 10 orijinal ideya təqdim edirik.

1. Soğan qabığı

Bu ən sadə üsuldur. Soğan qabığını qazana yığın, 30 dəqiqə ərzində qaynadın, səhərə qədər saxlayın. Səhər soğan qabıqlarını çıxardın, qazana yumurtaları qoyun və hazır olana qədər bişirin.

2. Sarıkök

1 xörək qaşığı sarıkök 2 l qaynar suda qaynadın, suya yumurtaları qoyun və hazır olana qədər bişirin.

3. Çuğundur

Çuğunduru yuyun, təmizləyin, sürtgəcdən keçirin, hazır olana qədər bişirin. Sonra bu suya yumurtaları salın və bişirin.

4. Abstrakt rəsmlər

Yumurtanı soğan qabığına, sonra tənzifə bükün və suya yumurta boyamaq üçün xüsusi boya (istənilən rəngdə) əlavə edib bu suda yumurtaları bişirin.

5. Rezinlər

Yumurtaları üzərinə bir neçə rezin taxın və suya boya əlavə edib qaynadın.

6. Folqa

Yumurtaları bişirin və rəngli folqaya kip bükün, qıraqları yapışdırın.

7.  Məşğul insanlar üçün

Dükanlarda xüsusi "nakleyka"lar satılır. Bişmiş yumurtanı "nakleyka"ya salın və sonra qaynayan suya salın ki, yumurtaya yapışsın.

8. "Yarpaq"lar

Yumurtanın üzərinə keşnişin, şüyüdün, cəfərinin "yarpağını" qoyun, tənziflə bərkidin və istənilən boyada və soğan qabığında qaynadın.

9. Uşaqlar üçün

10. İpəklə

Çiy yumurtaları 100% ipək parçaya (məsələn, köhnə qalstuklardan və s.) bükün, tənziflə bərkidin, qıraqları sapla bağlayın və hazır olana qədər bişirin. Suya 1 xörək qaşığı sirkə əlavə etmək lazımdır. Çox qeyri-adi naxiş alınır.

 

 



 

 

.