Adətən ofis işlərində istifadə olunan rezinlər ev işlərində də bizə kömək edə bilər.
1. Paltarasanlar
Bəzən dolabda asılan paltarlar paltarasanlardan sürüşüb düşür və əzəlir. Bunun qarşısını almaq üçün paltarasanların uclarına rezinləri bağlayın. Bu rezinlər paltarları saxlayacaq.
2. Mətbəx taxtası
Mətbəxdə ərzaqların doğranması üçün istifadə olunan taxta iş zamanı masanın üzərində sürüşməsin deyə, taxtanın qıraqlarına rezinləri taxın.
3. Paltarların yığılması
Paltarları yığmaq üçün onları rulon şəklində bükün və rezinlərlə bərkidin. Bu halda paltarları çemodanlara, şkaflara yığmaq olar. Onlar az yer tutacaq.
4. Qapının çırpılmasının qarşısını almaq üçün
Rezinləri qapıların dəstəklərinə şəkildə göstərildiyi kimi bərkidin.
5. Qazanda duru xörəklərin aparılması
Əgər siz duru xörəyi qazanda aparmaq istəyirsinizsə, qidanın qazandan tökülməməsi üçün qazanın qapağını rezinlərlə bərkidin. Bu halda qapaq kip oturacaq və qida tökülməyəcək.
6. Lak, ətir və s. flakonların açılması
Bəzən üstü sürüşkən və parlaq olan lak, ətir və s. flakonlarını açmaq çətin olur. Bu halda flakonun qapağına rezin dolamaq olar. Qapaqlar asan açılacaq.
7. Yumurtaların boyanması
Yumurtalara bir neçə yerdən rezin dolayın və boyaya salın.
Evdarliq.Az