Məişətdə sirkədən istifadə. 12 ÜSUL

Sirkə tək qış tədarükü və un məmulatların hazırlanmasında deyil, müxtəlif məişət işlərində də çox uğurla istifadə olunur.

1. Tərdən və dezodorandan qalmış ləkələrin təmizlənməsi

Paltarları paltaryuyan maşınına qoyduqdan əvvəl ləkələri sirkədə isladın və 10 dəqiqə saxlayın. Daha sonra paltarları adi qaydada yuyun.

2. Soyuducudan pis qoxunun aparılaması

Sirkəni su ilə yarıbayarı qarışdırın və soyuducunun iç divarlarını və reflərini bu məhlulda isladılmış əski ilə silin.

3. Qəhvə və çay fincanlarından ərpin təmizlənməsi

Sodanı sirkə ilə qarışdırın və fincanların içərisini təmizləyin.

4. Plastik konteynerlərdən pis qoxunun aparılması

Bəzən bağlı qalmış plastik konteynerlərdə spesifik qoxu əmələ gəlir. Bu qoxunu yox etmək üçün sirkədə əski isladın və konteynerlərin içərisini silin.

5. Sirkə çox yaxşı dezinfeksiya edici vasitədir

Sirkənin soda ilə qarışığı ilə istənilən səthləri təmizləmək və dezinfeksiya etmək mümkündür. Bu qarışıqla mətbəxi, hamam-tualeti dezinfeksiya edə bilərsiniz. Ucuz, ziyansız və effektli!

6. Unitazdan sarı ərpin aparılması

Axşam unitaza 1 stəkan ağ sirkə tökün və səhərə qədər saxlayın, sonta isə xüsusi şotka ilə təmizləyin və bir neçə dəfə su buraxın.

7. Xalçaların təmizlənməsi və yenilənməsi

Ağ sirkəni soda və ya duzla qarışdırın və alınmış pastada süngər (qubka) isladıb yaxşı təmizləyin. Quruyandan sonra xalçanı tozsoranla yaxşı təmizləyin.

8. Corablardan qoxunun aparılması

Corabları isladanda 5 l suya 1/2 stəkan sirkə əlavə edin.

9. Gül dəstəsinin daha çox qalması üçün

Suya 1 xörək qaşığı sirkə və 1 çay qaşığı şəkər tozu əlavə edin.

10. Yapışqanın izlərinin aparılması

Təzə şüşə qabların (güldan, bokal, stəkan və s.) üzərinə yapışdırılmış qiymət və s. kağızları asan aparmaq üçün sirkəni bir qədər qızdırın, sirkədə pambıq isladın və kağızın üzərinə qoyun.

11. Saçları yuyanda...

Son dəfə saçları yaxaladıqda 1 l suya 2 xörək qaşığı alma və ya üzüm sirkəsi əlavə edin və saçlarınızı yaxalayın. Saçlar yumşaq, itaətli və parlaq olacaq.  

12. Qarışqalarla mübarizə

Mətbəxdəki şkafların bütün səthlərini, döşəməni sirkə əlavə olunmuş su ilə silin. Bunu bir neçə gün ərzində etmək lazımdır.  

Evdarliq.Az


Загрузка...
. .