Sirr deyil ki, ayaqqabı ümumi görünüşün vazkeçilməz tərkib hissəsidir.
Məhz buna görə də qadınların əksəriyyəti geyimləri qədər ayaqqabılarına da önəm verir. Həvəskarlar isə geyimdən çox ayaqqabı alır desək yanılmarıq. Ancaq çox zamansa ayaqqabının çoxluğu səliqəsizliyə səbəb olur. Aile.lent.az heç yerə sığışdıra bilmədiyiniz ayaqqabılarınız üçün qarderob ideyası ilə sizi də tanış edir.
Pillə rəfləri
Həm pilləkanların altını dəyərləndirmək, həm də ayaqqabılarınızı ortalıqdan yığışdırmaq üçün yaradıcı bir fikirdir.
Yataq altı rəflər
Bu yaradıcı fikirlə həm yataq yerinizə dizayn vermiş olarsınız, həm də ayaqqabılarınızı səliqəyə salarsınız.
Rəflər
Otağınızda butik ab-havası yaradacaq rəflər ayaqqabılarınıza yer tapmamaq problemini də aradan qaldıracaq.
Pərdə arxası
Ehtiyacınız olan sadəcə bir pərdə və ayaqqabı asqısıdır.
Nərdivan
Köhnə nərdivanı istifadəsiz hesab etməyin. Köhnə nərdivan hündürdaban ayaqqabılarınız üçün asqı ola bilər.
Ayaqqabı şkafı
Ayaqqabılarınızı ortalıqdan yığışdırmaq üçün daha bir yol şkafdır. Ayaqqabılarınızı şkafa düzərək səliqəli şərait yarada bilərsiniz.
Aile.lent.az
{gallery}Faydalimeslehetler/ayaqqabiqarderob{/gallery}