Məişət sabununun istifadəsi. 10 üsulu

1. Məişət sabununun tərkibində kimyəvi rəngvericilər, ətirlər və s. kimyəv maddələr yoxdur ki, bu sabun allergiyaya səbəb olmur.

Bu səbəbdən allergiyadan əziyyət çəkən xanımlar bu sabundan istifadə edə bilərlər.

2. Məişət sabunu çox yaxşı antiseptikdir, mikrobları, göbələkləri öldürür. Məişət sabunu əlavə olunmuş suda paltar yumaq, döşəmələrin, istənilən səthlərin, santexnikanın təmizlənməsində istifadə etmək olar. Bu sabun çirki çox yaxşı aparır.

3. Uşaq paltarların yuyulması üçün məişət sabunundan istifadə etmək çox yaxşıdır - bu sabun uşaqlarda allergilara səbəb olmur.

4. Müasir qabyuyan vasitələri məişət sabunu ilə əvəz etmək olar. Təbii tərkibə malik olan bu sabun asanlıqla yuyulur və tam ziyansızdır.

5. Ayaqlarınızda göbələk infeksiyası varsa, ilıq suda məişət sabunu həll edin və ayaqlarınızı bu suda yuyun.

6. Kiçik sıyrıntıları, kəsikləri və yaraları dezinfeksiya etmək üçün sabunlu sudan istifadə edin.

7. Şəxsi gigiyena vasitələrini (daraqlar, diş fırçaları və s.) sabunlu suda yuyun. Bu çox yaxşı dezinfeksiya üsuludur.

8. Depilyasiyadan sonra dərini məişət sabunu ilə sabunlayın və yuyun. Bu səpgilərin, qızarmanın qarşısını alır.

9. Dabanlarınızda çatlar varsa, 2 l suda 1 xörək qaşığı sürtgəcdən keçirilmiş sabun və 1 çay qaşığı soda həll edin və bu suda ayaqlarınızı yuyun.

10. Məişət sabununun köpüyü sızanaqları çox yaxşı qurudur. Sabunu köpüklədin və sızanaqların üzərinə çəkin.

Evdarlıq.Az



 

 

.