Faydalı məsləhətlər

Çaydanı ərpdən təmizləyirik. 4 EFFEKTLİ ÜSUL

Çaydanlarda tez-tez ərp yığılır. Dükanlarda ərpi təmizləmək üçün xüsusi vasitələr satılır.

Lakin adi, hər evdə olan təbii vasitələr bizə bu işdə çox yaxşı kömək edə bilər.

Ərpi bu kimi sadə üsullarla təmizləmək olar.

1. Sirkə

Çaydana su tökün,  100 ml sirkə əlavə edin və 10 dəqiqə ərzində vam odda qaynadın. Daha sonra çaydanı yaxşı təmizləyin, 2 dəfə təmiz su töküb qaynadın və boşaldın ki, sirkənin qalıqları çayınıza düşməsin.

2. Soda

Çaydana su doldurun, 3 xörək qaşığı soda əlavə edin və vam odda 30 dəqiqə ərzində qaynadın. Daha sonra çaydanı yaxşı yuyun və 2 dəfə su qaynadıb boşaldın.

3. Limon duzu

Çaydana su doldurun, 2 xörək qaşığı limon duzu tökün və 15-20 dəqiqə qaynadın.

4. Qazlı içkilər

Şəffaf qazlı içki götürülür (məsələn, Sprite), qapağı açılır ki, qaz çıxsın. Qaz çıxandan sonra içki çaydana tökülür və vam odda 15 dəqiqə qaynadılır. Sonra çaydanı yaxşı yumaq, 2 dəfə su qaynadıb boşaltmaq lazımdır.   

Nəzərinizə çatdıraq ki, bu üsullardan tez-tez istifadə etmək olmaz. Bu üsullar əsasən ərp çox yığılanda istifadə olunur. Ərp azdırsa, çaydana 2-3 almanın qabıqlarını qoyun, su tökün və 1 saat ərzində qaynadın. Digər üsul - 1 limonu doğrayın, çaydana qoyun, su doldurun və 15 dəqiqə ərzində qaynadın.     

Evdarliq.Az   


. .
Загрузка...
Загрузка...

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az

Яндекс.Метрика