Faydalı məsləhətlər

Kərə yağının təbii olduğunu necə anlamaq olar? Bunu müəyyən etməyin 10 yolu

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir.

Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?

Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A, D və E vitaminləri  ilə zəngin olduğu və ondan istifadənin görmə qabiliyyətinə, dəriyə və diqqətin cəmlənməsinə müsbət təsir etdiyi deyilir.

Bundan əlavə təbii kərə yağı xüsusi qida əlavələrindən daha çox mərkəzi sinir sisteminə dəstəkləyici təsir göstərir. Hətta bəzi diyetoloqlar gündə 20 qram yağ yeyilməsinin zəruriliyini qeyd edir, bir şərtlə ki, yağ təbii olmalıdır.

Beləliklə, kərə yağının təbii olduğunu necə anlamaq olar?

1. Məhsul seçərkən ilk öncə nəyə diqqət edirik? Əlbəttə ki, onun tərkibinə. Təbii kərə yağının tərkibini göstərən yazıda marqarində olduğu kimi, müxtəlif bitki yağlarının adları sadalanmır. Kərə yağının tərkibi yığcamdır: tam yağlı süd və qaymaq.

2. Əgər paketin üzərində “yağ” sözü yazılıbsa, bu özü də həmin məhsulun marqarin də ola biləcəyi haqqında düşünmək üçün səbəbiyyət verir.

3. İnək südündən hazırlanmış təbii yağı onun qiymətinə əsasən də anlamaq olar – bu, bütün digər əvəzedicilərdən bahadır.

4. Əgər məhsulun içini açıb baxmağa imkanınız varsa (məsələn, yağ çəki ilə satıldıqda), onun rənginə diqqət edin. O, nə kəskin sarı olmalıdır, nə də kəskin ağ.

5. Təbii kərə yağı toxunduqda möhkəm olmalıdır. Bir məqamı da diqqətdə saxlayın ki, inək yağı siz yağın paketini açdıqda paketə bulaşmır. Həmçinin də bıçağa yapışmır və bıçaqda qalmır.

6. Məhsulun istifadə müddətinə də diqqət etmək lazımdır. Çəki ilə satılan inək yağı 10 gündən artıq saxlanılmır. Əgər o metal bankadadırsa, onda 3 aydan artıq saxlanılmır. Əgər siz qablaşdırmada istehsalçının daha uzun müddətlər qeyd etdiyini görürsünüzsə, deməli, onun tərkibində konservantlar mövcuddur.

7. Ev şəraitində də yağın saxta olduğunu müəyyən etmək olar. Əgər bu təbii yağdırsa, o, bərabər şəkildə əriyəcək, əgər səthində damcılar əmələ gəlirsə, deməli, marqarindir.

8. Təbii kərə yağı soyuqdan isti mühitə düşdükdə tezliklə əriməyə başlayan (tərkibindəki bitki yağlarına görə) marqarin kimi yumşaq olmur.

9. Keyfiyyətli qaymaqdan hazırlanan yağ möhkəm və əllə toxunduqda hamar olur. Kəsildikdə qatlara bölünmür (təbəqələşmir) və parlaq görünür.

10. Nəhayət, kərə yağı soyuducudan çıxarılan kimi parçalanmamalıdır. Əsil, təbii kərə yağı çörəyin üzərinə qalın, vahid, bircinsli qat kimi çəkilməlidir.

Saglamolun.az


.
Загрузка...


BÜTÜN BÖLMƏLƏRDƏN SEÇMƏLƏR

Yumurta və pendirlə QULANÇAR. Sadə və çox faydalı!

Yumurta və pendirlə QULANÇAR. Sadə…

Qəlyanaltılar Hits:1878

Tərkib: - 1 dəstə qulançar - 2 x.q...

Tez hazırlanan peçenye-sendviç

Tez hazırlanan peçenye-sendviç

Şirniyyat Hits:17096

İnqrediyentlər: - 180 qr kərə yağı

Göbələklə kartof qızartması. Ləzzətli və sadə!

Göbələklə kartof qızartması. Ləzzətli və…

İsti yeməklər Hits:1416

İnqrediyentlər: - 800 qr - 1 kq...

Şokoladlı-kəsmikli piroq

Şokoladlı-kəsmikli piroq

Şirniyyat Hits:7631

Çox dadlı və ətirli piroqdur, tez...

Yumurta və göy soğanla çox dadlı piroq

Yumurta və göy soğanla çox…

Qəlyanaltılar Hits:5503

Piroq çox asan hazırlanır. Həm isti...

Pendir və mayonezlə BALIQ SOBADA

Pendir və mayonezlə BALIQ SOBADA

İsti yeməklər Hits:470

Tərkib: - 500 qr balıq filesi

SON ƏLAVƏ OLUNMUŞ MƏLUMATLAR

Kəsmik və qara gavalı ilə piroq

Kəsmik və qara gavalı ilə…

Şirniyyat Hits:159

Məhsullar: - 200 qr kəsmik

Sadə meyvəli piroq

Sadə meyvəli piroq

Şirniyyat Hits:372

Məhsullar: Xəmir: - 100 qr şəkər tozu

Badımcan farşla sobada

Badımcan farşla sobada

İsti yeməklər Hits:286

Məhsullar: - 3 badımcan (500 qr)

Ev şəraitində dadlı dondurma

Ev şəraitində dadlı dondurma

Desertlər Hits:5421

İlin hansı fəsli olursa olsun, dondurma...

Çaydanı ərpdən təmizləməyin ƏN UCUZ üsulu

Çaydanı ərpdən təmizləməyin ƏN UCUZ…

Faydalı məsləhətlər Hits:3435

Çaydan çox tez-tez istifadə edildiyi üçün...

Asan hazırlanan çiyələkli tart – RESEPT

Asan hazırlanan çiyələkli tart –…

Şirniyyat Hits:789

Meyvəli şirniyyatı sevməyən yoxdur. Hazırda da...

Darçınla sadə peçenye

Darçınla sadə peçenye

Şirniyyat Hits:1749

Məhsullar: - 100 qr kərə yağı

Badımcan və pendirlə toyuq filesi sobada

Badımcan və pendirlə toyuq filesi…

İsti yeməklər Hits:766

Məhsullar: - 2 badımcan

Загрузка...

SON ŞƏRHLƏR

Яндекс.Метрика

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az