Faydalı məsləhətlər

Ən təhlükəli 7 ev əşyası...

Arizona Universitetinin amerikalı mikrobioloqları, evdə olan ən çirkli və təhlükəlli əşyaların adlarını sadalayıblar.

Hər birimizin düşündüyü əşyalar arxa planda qalaraq, təəccübə səbəb olan əşyalar ön planda yerləşiblər. Bu siyahıya mikrob və çirkin ən çox yığıldığı 7 ev əşyası daxildir. Beləliklə sizə bu siyahını təqdim edib, gələcəkdə bu əşyaların dezinfeksiyasında daha diqqətli olmanızı tövsiyə edirik...

1. Siyahıda birinci yeri  demək olar hər gün mətbəxdə istifadə etdiyimiz taxta lövhələrtutur. Bu lövhədə aşkar olunan mkrobların sayı unitaz oturacağından 200 dəfə çoxdur. Mikrobioloqların tövsiyəsinə görə bu əşyanı istifadə etdikdən sonra qaynar suyla yaxşı yuyub və hökmən qurulamaq lazımdır. Bundan əlavə isə toyuq, ət, balıq, bişmiş tərəvəz, meyvə və çörək üçün ayrı lövhələrdən istifadə etməniz məsləhət görülür.

2. İkinci yerdə bizi təəccübləndirən telefon dəstəyi oldu. Telefon aparatını 2 gündən 1, ilk olaraq nəm sonra isə quru əski ilə mütləq silmək lazımdır.

3. Qabları yumaq üçün süngər. Bu lazımlı əşyanın  hər həftə dəyişilməsi məsləhət görülür.

4. Vanna otagının pərdəsi. Onu ayda bir dəfə təzələməyiniz məsləhət görülür.

5. Mətbəx və vanna otaqlarında olan zibil qutuları. Xüsusi dezinfeksiya vasitələri ilə ayda 2 dəfədən az olmamaq şərtilə təmizlənməsi mütləqdir.

6. Qabyuyan maşın. Mikrobların  daha çox yığıldığı yer  bu əşyanın  rezin bərkişmələridir. Rezin yerləri xüsusi dezinfeksiya vasitələri ilə həftədə 1 dəfə təmizləmək lazımdır.

7. Paltaryuyan maşın. Bu əşyanın da rezin bərkişmələri çox təhlükəl sayılıb, xüsusi dezinfeksiya vasitələriylə həftədə 1 dəfə  təmizlənməyə vacib sayılır.

Ununtmayın ki, bakteriyalar üçün ideal ocaq yeri nəm və isti mühit sayılır!

Saglamolun.Az


. .
Загрузка...
Загрузка...

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az

Яндекс.Метрика