Faydalı məsləhətlər

Banan qabığının saysız faydası

Bananın özü faydalı meyvə olduğu kimi, onun qabığı da bir çox xeyirli xüsusiyyətlərə malikdir.

Belə ki, banan qabığında çoxlu vitamin və minerallar mövcuddur. Adətən bananın meyvəsini yeyib qabığını zibil qutusuna atmağa vərdiş etmişik. Ancaq əslində onun faydaları saymaqla bitməz. Bir çox sahədə banan qabığı bizim köməyimizə gələ bilər. Beləliklə sadalayaq...

Gümüşün cilalanması

Əgər siz sevimli bəzək və ya hər hansı xoşladığınız əşyanızın solduğunu, ilkgünkü parıltısını itirdiyini görürsünüzsə, əminliklə onların bu şəkildə ağardılmasına başlaya bilərsiniz: banan qabığını blenderlə xırdalayın, alınan kütləni diş məcunu halına gələnə qədər su ilə qarışdırın. Bir bez parçasını (yumşaq) alınan məhlula batırın və gümüş səthi cilalamağa başlayın. Prosedur zamanı siz səthin parladığını və əvvəlki kimi təmiz olduğunu görəcəksiniz. Sonra məhlulun qalıntılarını su ilə təmizləyin və yumşaq bez parçası ilə səthi qurulayın.

Ayaqqabıların təmizlənməsi

Banan qabığı özündə mum və yağ kimi təbii maddələr ehtiva edir ki, bu maddələr vasitəsilə dəri ayaqqabını təmizləmək və ona parlaqlıq vermək mümkündür. Bunun üçün ayaqqabının əvvəlcədən təmizlənmiş dəri səthini ehtiyatla banan qabığının yumşaq iç tərəfi ilə sürtmək lazımdır. Sonra isə yumşaq sellüloz dəsmal və ya quru bez ilə qurulayın.

Cızılmış DVD və ya  CD-lərin bərpası

Bu məsələdə banan qabığının faydası əvəzolunmazdır və bunun müqabilində elə də çox əziyyət çəkmək lazım gəlməyəcək. Cızılmış diski götürün və onu səs və videonun  oynadıldığı düz səthdən üzüyuxarı qoyun, etiket bu zaman aşağıda qalmalıdır, ilk öncə səthi bananla iki dəqiqə ərzində silin. Sonra yumşaq bezi şüşə səthlər üçün nəzərdə tutulan təmizlik vasitəsində isladaraq onunla diski banan qalıqlarından təmizləyin. Disk yaxşı quruduqdan sonra ondan yenidən keyfiyyətli şəkildə istifadə edə biləcəksiniz.

Dişlərin ağardılması

Əvvəlcə dişlərinizi gündəlik istifadə etdiyiniz adi diş məcunu ilə yuyun. Dişləriniz qismən təmizlənib, indi isə onları banan qabığının yumşaq iç tərəfi ilə təmizləmək zamanıdır və bu proses iki dəqiqədən az olmamalıdır. Banan qabığının tərkibində fosfor, maqnezium, kalsium, manqan, kalium kimi dişlər üçün olduqca faydalı minerallar vardır və bu minerallar diş minasını güclü şəkildə parıldatma xüsusiyyətinə malikdir. Bütün bunlardan sonra dişləri yenidən banan qalıntılarından təmizləmək və istənilən nəticəni əldə edənə qədər gün ərzində 1-2 dəfə bu proseduru təkrarlamaq lazımdır.

Tikanı çıxarma

Əgər tikanı çıxarmağa heç bir vasitə kömək etmirsə, onda köməyinizə yenə banan qabığı gələ bilər. Bunun üçün banan qabığını iç tərəfdən tikan ola yerə qoymaq və bintlə sarımaq və ya plastr vasitəsilə yapışdırmaq, 24 saat ərzində bu şəkildə qalmaq tövsiyə olunur. Qabıqda olan fermentlər bezdirici tikanı səthə çıxaracaq və bundan sonra onu çox rahat bir şəkildə dərinin üst qatından çıxara biləcəksiniz. Sonra tez sağalması üçün yaranı təmizləmək lazımdır.

Cızıqları sağaldır

Yaraların tez bir zamanda sağalmasına imkan verən yağ və fermentlər sayəsində banan qabığı sıyrıqlar, cızıqlar və günəş yanıqları, həşərat sancması kimi dəri zədələnmələrinin də sağaldılmasında yardımçı olur. Bunun üçün banan qabığını yumşaq tərəfindən yaranın, yanığın və həşərat dişləyən yerin üzərinə qoyaraq plastrla bərkitmək və ya onunla dərinin zədələnmiş hissəsini silmək kifayətdir. Bu proseduru dərinin sizi narahat edən zədələnmiş hissəsi tam şəkildə sağalana qədər hər gün davam etdirmək məsləhət görülür.

Təbii kosmetik vasitə kimi

Bu vasitə məhz üz dərisi, boyun, dekolte zonası, əllər üçündür. Bananın tərkibindəki fermentlər dərini minerallarla qidalandıraraq onu mükəmməl şəkildə təmizləyir və nəmləndirir, tərkibindəki antioksidantlar isə dezinfeksiyaedici təsir göstərərək dəri qatlarındakı iltihabı aradan qaldırır. Üzünüzü və bədəninizin digər hissələrini banan qabığının yumşaq hissəsi ilə təmizləməklə   siz dərinizin tez qocalmasının, quruluq və qırışların əmələ gəlməsinin qarşısını alır, dərinin təravətliliyini, sağlam rəngini və parlaqlılığını bərpa etmiş olursunuz.

Bitkilərin gübrələnməsi və təmizlənməsi

Banan qabığının tərkibində azot, maqnezium, fosfor, kalsium, kalium kimi maddələr vardır ki, bunlar bitkilərin keyfiyyətli artımı üçün faydalıdır. Bunu üçün banan qabığnı kiçik hissələrə bölmək və bitkinin dibinə qoyaraq üzərinə torpaq tökmək lazımdır. Bu yolla parçalanma prosesində torpağa qidalandırıcı maddələr daxil olacaq. Banan qabığını torpağa həmçinin gübrə ilə birlikdə də qoymaq olar, belə ki, gübrə də mineral qaynağıdır. Otaq güllərini banan qabığı ilə gübrələmək üçün qabığı sobada və ya təbii yolla qurutmaq, sonra qurumuş halda xırdalamaq, ən yaxşısı toz halında əzmək və bitkinin olduğu torpaqla qarışdırmaq lazımdır. Bu tozu tədarük etmək və periodik olaraq gül qabına əlavə etmək də olar. Təzə banan qabığının yumşaq hissəsi ilə isə güllərin yarpaqlarını silmək, bununla da onları çirklənmədən qorumaq, qidalandırmaq və parlaqlıqlarını bərpa etmək mümkündür.

Bitki bitləri ilə mübarizə

Banan qabığını böyük olmayan hissələrə doğrayıb azacıq qurudaraq bitkinin torpağına çox dərin olmaya şəkildə basdırsanız, bu, effektiv şəkildə bitkilərdə əmələ gələn bitlərin məhv edilməsində böyük rol oynayacaq.

Banan qabığından müalicəvi kvas

Banan qabığından (və ya portağal qabığından) akademik Boris Vasilyeviç Bolotovun metodu əsasında müalicəvi kvas hazırlamaq olar. Qazlı içkinin tərkibində olan triptofan maddəsi toksinlərin aradan qaldırılmasında və orqanizmin təmizlənməsində effektiv təsir göstərir. Bundan əlavə, kvasın bəzi növlərindən xroniki və kəskin xəstəliklərin, həmçinin onkoloji xəstəliklərin profilaktikası və müalicəsində istifadə etmək olar. Həmçinin banan kvası gözəl şəkildə susuzluğu aradan qaldırır və tərkibindəki kalori minimum dərəcədədir. Bu isə tez arıqlamaq və ya ideal bədən quruluşunu qorumaq istəyən insanlar üçün olduqca önəmlidir.

Ziyillərin yox edilməsi

Əgər bütün aptek metodlarını və nənənizin məsləhətlərini tətbiq etmiş və ziyillərdən qurtula bilməmisinizsə, ümidsizliyə qapılmağa dəyməz. Köməyinizə yenə də bu kosmetik qüsuru tədricən aradan qaldırmağa sizə yardmçı olacaq banan qabığı gəlir. Bunun üçün sadəcə hər gecə yatmazdan öncə ziyilləri banan qabığı ilə kifayətdir – bütün sirr də sadəcə budur.

Banan qabığından evdə çəkilmiş sirkə

Banan qabığından gözəl ev sirkəsi əldə etmək üçün istifadə etmək olar. Bu şəkildə hazırlanmış sirkə maraqlı turş, şirin tonlara malik azacıq acı dada malik olacaq, həmçinin banan qabığının bütün faydalı xüsusiyyətlərini tam anlamda özündə toplayacaq. Belə sirkədən salatlarda dadverici kimi və şorabaların (marinadların) inqridienti kimi istifadə etmək olar.

Daha şirəli ət

Əti hazırlayacağımız tavanın dibinə banan qabığı düzürük. Bu, ətin daha şirəli, zərif qalmasını və yanmamasını təmin edir. Bu metoddan daha çox Asiya mətbəxində istifadə olunur. Əlbəttə ki, banan qabığını qızdırmadan öncə onu yaxşı yumaq və mum örtüyü çıxarmaq lazımdır.

Göründüyü kimi, bəzən məişətdə və sağlamlığımız üçün istifadə edə biləcəklərimizi bilmədən zibil qutusuna atırıq, halbuki bahalı vasitələrə pul xərcləmək yerinə asan və sərfəli şəkildə bunlardan istifad edə bilərik.

Saglamolun.Az


Загрузка...

.

BÜTÜN BÖLMƏLƏRDƏN SEÇMƏLƏR

Asan hazırlanan ƏTLİ PİROQ. Resept

Asan hazırlanan ƏTLİ PİROQ. Resept

Qəlyanaltılar Hits:22128

Ərzaqlar: Xəmir: - 1 stəkan yağlı qatıq (turş...

Darçınla alma sobada. Dadlı desert

Darçınla alma sobada. Dadlı desert

Desertlər Hits:513

Məhsullar: - alma (istəyinizə görə)

Geyimlərdəki tər ləkəsini aparan 3 SADƏ ÜSUL

Geyimlərdəki tər ləkəsini aparan 3…

Paltarlara qulluq Hits:1401

Bir çox insan qoltuq altı bölgəsinin...

Dərini əla təmizləyən effektli ASPİRİN maskası

Dərini əla təmizləyən effektli ASPİRİN…

Kosmetologiya Hits:25472

Bu maska ani nəticə verir -...

Çox dadlı kəsmikli vareniklər

Çox dadlı kəsmikli vareniklər

Qəlyanaltılar Hits:6432

Kəsmik ən faydalı məhsullardan biridir.

Tavada tort. Çox tez və asan!

Tavada tort. Çox tez və…

Şirniyyat Hits:62157

Tort çox tez hazırlanır. İstənilən krem...

SON ƏLAVƏ OLUNMUŞ MƏLUMATLAR

Evdə pizza hazırlamağın SADƏ ÜSULU

Evdə pizza hazırlamağın SADƏ ÜSULU

İsti yeməklər Hits:159

Çoxumuz pizza yeməyi sevirik. Hətta bəzilərimiz...

Üzdəki tükləri tökən MASKA

Üzdəki tükləri tökən MASKA

Kosmetologiya Hits:321

Bir çox qadınlar üzlərindəki tüklərə görə...

Həqiqi ətri saxta ətirdən ayırmağın SADƏ YOLLARI

Həqiqi ətri saxta ətirdən ayırmağın…

Faydalı məsləhətlər Hits:350

Bir çox ətir rəfləri əslində bənzədilmiş...

Tez hazırlanan KOKOSLU PİROQ

Tez hazırlanan KOKOSLU PİROQ

Şirniyyat Hits:610

Məhsullar: - 150 qr şəkər tozu

Özünə vaxt ayıra bilməyən xanımlara GÖZƏLLİK TÖVSİYƏLƏRI

Özünə vaxt ayıra bilməyən xanımlara…

Kosmetologiya Hits:380

“Özümə baxmağa vaxtım yoxdur”, - deyən...

Portağal və şokoladla SADƏ PİROQ

Portağal və şokoladla SADƏ PİROQ

Şirniyyat Hits:441

Məhsullar: - 2 yumurta

Bankanın qapağı açılmırsa, belə edin – ASAN ÜSUL

Bankanın qapağı açılmırsa, belə edin…

Faydalı məsləhətlər Hits:3447

Tomat, turşu, mürəbbə kimi bir çox...

Paltaryuyan maşınınız kirəclənib? - SİRKƏDƏN İSTİFADƏ EDİN

Paltaryuyan maşınınız kirəclənib? - SİRKƏDƏN…

Faydalı məsləhətlər Hits:379

Əsasən turşu hazırlayarkən çox istifadə etdiyimiz...

Загрузка...

SON ŞƏRHLƏR

Яндекс.Метрика

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az