Bu məhsulları buzxanaya qoymaq olmaz!

Bəzi qidaları dondurmaq olmaz, çünki bu zaman tərkibi və xassələri pisləşir.

Bu barədə tibb elmləri doktoru, diyetoloq Mariyat Muxina xəbərdarlıq edib. “Sputnik” radiosuna müsahibə verən mütəxəssis bildirib ki, dondurulduğu zaman qida dəyərini itirən məhsullar arasında göyərtilər birinci gəlir. Bu zaman onların tərkibində xlorofil məhv olur, vitaminlər itirilir və məhsulların antioksidant fəaliyyəti yox olur.

Həmçinin həkim su ilə zəngin tərəvəzləri, o cümlədən xiyar, pomidor və balqabaq kimi tərəvəzləri dondurmamağı məsləhət görüb. Çünki bu prosedurdan sonra onlar effektvliyini və elastikliyini itirəcək. Bananın da dondurulması məsləhət görülmür, çünki bundan sonra onun dadı otdan fərqlənmir. Ekspert dondurulmuş bananda zülalın strukturunu dəyişmək qabiliyyətinin olduğunu da qeyd edib.

“Dondurulduqda zülal bağları qırılır və onun denaturasiyası baş verir. Mayalanmış süd məhsullarını dondurmaq olmaz, çünki dondurmadan sonra demək olar ki, keyfiyyətsiz kefirə çevriləcək. Pendiri də dondurmaq olmaz, yalnız sobada un məmulatlarında istifadə edilə bilər. Amma bu halda təzə deyil, çünki orqanoleptik xüsusiyyətlərini itirəcək”, - həkim deyib./publika.az



 

 

.