Arıqlamağa kömək edən DETOKS resepti

Bəzi günlər həddən artıq yemək yedikdən sonra peşmançılıq hissi yaranır. Motivasiyanın düşməsi isə pəhriz proqramını çətinləşdirir.

Evdarliq.az axşam.az-a istinadla gün ərzində ağır və çox yeməkdən sonra mədə-bağırsağı rahatladan, pəhriz vaxtı isə gün ərzində 1 kiloqram arıqlamağa imkan verən detoksu (şorbanı) təqdim edir.

Tərkibi:

- 2 yaşıl balqabaq

- 1 bibər

- 1 kiçik soğan

- dörddə bir dəstə şüyüd

- yarım limonun suyu

- 3 xörək qaşığı qırmızı mərcimək

- yarım yerkökü (rəndələnmiş)

- 1 xörək qaşığı zeytun yağı

Hazırlanması:

Limon, mərcimək və şüyüddən başqa digər inqrediyentləri doğrayın və yağda qızardın. Daha sonra üstünə çatacaq qədər su və 3 xörək qaşığı qırmızı mərcimək əlavə edib bişirməyə buraxın. Bişdikdən sonra şüyüd əlavə edib, inqrediyentləri blenderdən keçirin. İstəyə görə duz, acı istiot və limon suyu əlavə edib axşam için.



 

 

.