İşinizə yarayacaq 15 GÖZƏLLİK SİRRİ – 3ci hissə

Gözzəlik sirrlərindən daha 15 bəndini sizinlə paylaşırıq (2ci hissəni buradan oxuya bilərsiniz).

21) Ananasla cildinizə sağlam işıltı:

Ananas qırışlara səbəb olan kollagenin zədələnməsinin qarşısını alan bir meyvədir. Əgər mat dəri tonunuz varsa, səhər yeməyinizə ananas dilimləri əlavə edin.

22) Saçınıza qulluq edin:

Saçlarınızı bitki serumları ilə canlandırın. Bunun üçün məsələn, mixək və dəfnə yarpağını qaynadarak təbii tonik hazırlaya bilərsiniz.


 23) Arxa üstə yatın:

Qarın üstə yatmaq çox rahatlatıcı ola bilər, ancaq qırışlardan qaçmaq üçün çox ziyandır.

24) İçmək yerinə çeynəyin:

Qreypfrut, xiyar kimi meyvə və tərəvəzlərdə olan su, içdiyiniz meyvə sudan daha yaxşı hüceyrələrə çatır. Gündə 3 porsiya meyvə və 5 porsiya tərəvəz yeməyə çalışın.

25) Ayaq qoxusunu aradan qaldırın:

Ayaq qoxusundan şikayət edirsinizsə, ayaqlarınızı bir kasa qara çayda isladın. Çay dənələri dərinizin pH-nı dəyişdirir və qoxu ilə mübarizə aparır.

26) Dabanlarınızı sağaltın:

Bütün yay geyindiyiniz açıq ayaqqabılar dabanlarınızın qurumasına səbəb olubsa, gecələr qalın krem çəkərək onlardan xilas ola bilərsiniz. Səhər yalnız ölü dərini daban daşı ilə sürtmək yetərli olacaq.

27) Saçlarınızı darayın:

Gecə yatmazdan əvvəl saçlarınızı qabağa əyərək yumşaq bir fırça ilə darayın. Başınızı dairəvi hərəkətlərlə masaj etməklə həm daha dərin yuxu ala, həm də daha sağlam saçlara sahib ola bilərsiniz.

28) Kökdən faydalanın:

Dırnaqlarınızı gücləndirmək üçün hər gün tərkibində yüksək kalsium və fosfor olan təzə kök suyu istehlak edin.

29) Havadakı rütubətə boyun əyməyin:

Çölə çıxmazdan əvvəl həmişə saçınızı qurutun. Havadakı rütubətdən qoruyan bir məhsuldan istifadə etməyi unutmayın.

30) Mükəmməl qıvrımlar əldə edin:

Qıvrımlarınız yastı və cansızdırsa, başınızı aşağı əyərək, barmaqlarınızın ucu ilə baş dərinizə masaj edin. Bu həcm yaradır və buruqlarınızı daha dolğun göstərir.

 

31) Saçlara zərər verməyin:

Saçlarınızı dəsmal ilə dartaraq qurutmaq onlara zərər verəcək. Yumşaq hərəkətlərlə dəsmal və ya pambıq köynəklə saçınızdakı nəmi çıxarın. T-shirt saçınızı elektrikləşdirmədən nəmi udacaq.

32) Üzünüzü nəmləndirin:

Üzünüzə təbii meyvə və tırəvəzlərdən maska və tonik edin, təbii qidalarda olan vitaminlər daha sürətli nəticə verir.

33) Buruq kirpiklər üçün: -

Kirpik qıvrıcı alın: Ən yaxşı tuşa sahib olsanız belə, kirpikləriniz düzdürsə, kirpik qıvrıcınız ən yaxın dostunuz olmalıdır. Bu alət ilk baxışda bir az qorxulu görünsə də, doğru istifadə etdiyiniz halda kipriyinizə zərər verməz.

34) Barmaq uclarınızı ritmdə saxlayın:

Dırnaqlarınızı gücləndirmək üçün dırnaqlarınızı növbə ilə masaya vurun. Bu, dırnağın qidalanmasına və sağlam böyüməsinə kömək edir.

35) Qapadıcını düzgün tətbiq edin:

Qapadıcı qalıcı olması üçün barmaqlarınızın ucu ilə kremli örtücü çəkin və qurumasını gözləyin. Sonra kiçik bir fırça ilə gözlərinizin altına şəffaf bir pudra vurun.

Evdarliq.Az



 

 

.