Gözzəlik sirrlərindən daha 10 bəndini sizinlə paylaşırıq (1ci hissəni buradan oxuya bilərsiniz).
11) Süd için:
Süd dərinin qidalanması üçün lazım olan bütün zülalları ehtiva edir. Dərini təravətləndirir və yumşaldır, eyni zamanda quru dodaqları nəmləndirir.
12) Bunları etmədən yatmayın:
Yatağınızın yanında kiçik bir qutu dodaq, əl və ayaq kremi saxlayın və yatmazdan əvvəl hər birini çəkməyi vərdiş halına salın.
13) Pomadanızı düzəldin:
Dodağın ətrafına bir az pudra sürdükdən sonra dodaq boyanızın dağılmaması üçün dodaq qələmi çəkin. Pomada çəkərkən dodağın ortasına daha çox, kənarlarına daha az çəkin.
14) Günəş yanan dəriniz üçün təravətləndirici, ağrı kəsici bir təklif:
Bir litr ilıq su və 15 damcı lavanda yağı ilə vanna qəbul edin. Qarpız həm də iltihab əleyhinədir. Qarpızı əzib yanmış nahiyələrə çəkə bilərsiniz.
15) Qara qələmdən düzgün istifadə edin:
Qələmi necə çəkdiyiniz gözlərinizin formasına təsir edə bilər. Qələmi göz altı nahiyəsinin yarısına qədər çəkdiyiniz zaman daha aydın görünüş əldə edəcəksiniz. Tam çəkdiyiniz zaman gözləriniz daha kiçik görünəcək.
16) Rəndələyin:
Xiyarın göz ətrafı cildiniz üçün təsirini artırmaq üçün rəndələyin. Hazır məhlulu incə qatla göz altı cildinizə yayıb 10 dəqiqə gözləyin, sonra yuyun.
17) Şəkərdən qaçın:
Avstraliyada aparılan bir araşdırmaya görə, bol tərəvəz, tam taxıl və çox az işlənmiş şəkər ehtiva edən bir pəhriz sızanaqları yox edə bilər. İşlənmiş karbohidratlar, şəkərli qəlyanaltılar və süni qidalar insulinin dəyərini artırır, digər hormonlarda dalğalanmalara və buna görə də sızanaqlara səbəb olur. Aşağı glisemik indeksi olan qidalar orqanizmin insulini balanslaşdırmağa kömək edir.
18) Siqareti buraxın:
Siqaret çəkmək sızanaqların yaranmasına səbəb olur. Çünki siqaret oksigenin dəriyə çatmasına və qidalanmasına mane olur və yaralar daha çətin sağalır. Tüstü dəridən nəm çıxarır, bu da dərinin rəngini itirməsinə və qırışmasına səbəb olur.
19) Dərinizi buzla masaj edin:
Buz kublarını alma suyu ilə doldurun və dondurucuya qoyun. Dondurulmuş alma şirəsində malik turşunun tərkibində yaşlanma əleyhinə təsir göstərən alfa hidroksi turşusu var. Buz kublarını üzünüzə yumşaq bir şəkildə sürtün. Üzünüzün dartıldığını hiss edəcəksiniz.
20) Dərinizi dərində nəmləndirin:
Həftədə bir dəfə əllərinizə və ayaqlarınıza bol miqdarda ağır losyon çəkin və onları yapışqan sarğı ilə sarın. 30 dəqiqədən sonra çıxarın və dərinizin nə qədər yumşaq olduğunu görəcəksiniz.
Evdarliq.Az