Hər bir qadın sağlam olmaq və qüsursuz görünmək istəyir. Instyle Magazine-in sentyabr sayında mükəmməl görünmək istəyənlər üçün saç,
makiyaj və dəriyə qulluqla bağlı mütəxəssislərdən məsləhətlər alınıb... Faydalı və praktik gözəllik məsləhətlərini sizə təqdim edirik.
1) Serumla işıqlandırın:
Dərinizə parlaqlıq qatmaq istədiyiniz nöqtələrə, məsələn, qaş sümüyü və yanaqlarınıza serum sürə bilərsiniz. Serumların bir çox markaları var, dəri tipinizə uyğun olanı seçə bilərsiniz.
2) Dırnaq boyanızı tez qurudun:
Dırnaq lakının qurumasına kömək etmək üçün əllərinizi buzlu suda 30 saniyə saxlayın.
3) Bir dəqiqə gözləyin:
Pilinqi sərt hərəkətlərlə etməkdənsə, yüngül hərəkətlərlə və daha uzun müddətə edin. Dərinizə həddindən artıq təzyiq etməkdən çəkinin.
4) Alkoqoldan uzaq durun:
Yağ istehsalını artırır və məsamələri genişləndirir. Yuxusuzluq da eyni nəticələrə səbəb ola bilər, ona görə də yuxuya diqqət edin, ən azı 7 saat yatın.
5) Günəşdən qorunun:
Gündəlik nəmləndiricinizdə günəş kremi yoxdursa, onu yüngül bir günəş kremi ilə qarışdırın. Məhsulda sink, avobenzon və ya heliopleksin olmasına diqqət yetirin.
6) Mətbəx ləzzətini cildiniz üçün sınayın:
Quru dəriyə sağlam və təbii qulluq etmək üçün həftədə 15 dəqiqə avokado pastası ilə maska hazırlayın. Və ya həftədə bir dəfə gecə kreminiz yerinə bir qaşıq zeytun yağı ilə üzünüzə masaj edə bilərsiniz. Ancaq sızanaq probleminiz varsa, bu üsuldan istifadə etməyin.
7) Narın faydası:
Çoxlu nar yeyərək günəş kreminizin təsirini artıra bilərsiniz. Nar dərinin günəşdən qorunma xüsusiyyətini yüzdə 25 artırır.
8) Pomadanızı bir dəfə çəkin:
Dodaq boyanızı gün ərzində tez-tez təkrar çəkmək əvəzinə, dodaqlarınıza bir az nəmləndirici çəkin, sonra dodaq qələmi ilə çərçivəyə çəkin və içini doldurun.
9) Həddindən artıq çox günəşdə və spa-da olmayın:
Həddindən artıq istilik dəri səpgilərini daha da pisləşdirə bilər. Çatlayan kapilyarların görünməməsi üçün sauna, buxar hamamı və ədviyyatlı yeməklərdən çəkinin.
10) Sıralamaya əməl edin:
Ən yaxşı nəticələr üçün dəriyə qulluq məhsullarını düzgün ardıcıllıqla istifadə edin. Əvvəlcə serum, sonra ağır formulalı məhsullar ilə davam edin. Məsələn, səhərlər anti-oksidant serum, ardınca nəmləndirici və nəhayət, günəş kremi çəkə bilərsiniz.
Evdarliq.Az