Sızanaqlar təkcə üzdə deyil, bel, çiyin və sinədə də görünə bilər. Bəs niyə beldə sızanaqlar yaranır? Necə müalicə olunur?
Beldəki sızanaqlar ağrılı olduğu kimi xoşagəlməz görüntü də yarada bilər. Nadir də olsa, bədənin artıq yağ çıxardığı dövrlərdə tez-tez baş verə bilən kürəkdəki sızanaqlar bəzi xəstəliklərin də xəbərçisi ola bilər.
Beldəki sızanaqların səbəbləri
Menstruasiya dövrü
-Aybaşı və ya hormonal problemi olan insanların kürəyində sızanaqlar ola bilər. Xüsusilə bir çox qadının menstruasiya dövrü yaxınlaşdıqda və ya menstruasiya zamanı bel nahiyədə sızanaq əmələ gəlməsi müşahidə edilir. Bütün bunlar hormonal dəyişikliklərlə bağlıdır.
Genetik faktorlar
- Ailədən qaynaqlana bilər. Bəs bu necə baş verir? Əgər ailənizdə də eyni şikayətlər yüksəkdirsə, bu, sizdə də belə şikayətlərin olma ehtimalının yüksək olduğuna işarə ola bilər.
Neylon və polyester paltarlar
-Gündəlik həyatınızda geyindiyiniz paltarlarla bağlı ola bilər. Davamlı olaraq geyindiyiniz paltarlar neylon və ya polyester parçalardandırsa, bu, belinizdə sızanaqlara səbəb ola bilər. Eyni şəkildə sızanaqların əmələ gəlməsinə yol açan səbəblərdən biri də davamlı dar paltar geyinmək ola bilər. Bədəninizə yapışan dar paltarlar sızanaqların çıxmasına səbəb ola bilər.
Belinizdəki sızanaqlardan xilas olmaq üçün...
Sızanaqların yaranmasına səbəb olan ən mühüm amillərdən biri də stressdir. Gündəlik həyatınızda sizi yoran və stresli edən elementləri ən qısa zamanda aradan qaldırmağa çalışaraq stressi azaldın.
- Sızanaq əmələ gəlməməsi üçün yağlı və şəkərli qidalardan uzaq durun! Sızanaq əmələ gəlməsinin qarşısını almaq üçün sağlam qidalanaraq meyvə və tərəvəz kimi qidaları istehlak etməyi vərdiş edin.
- Gecə yatmazdan əvvəl kürəyinizə sızanaq qurudan kremlər çəkin. Tıxanmış məsamələrinizi açmaq üçün həftədə bir dəfə kürəyinizi skrabla təmizləyin.
Evdarliq.Az