Selülitdən həmişəlik xilas omaq üçün BUNU EDİN!

Selülitdən xilas olmaq üçün təbii üsul hansıdır? Bir çox qadının şikayət etdiyi məsələlərdən biri də selülitdir. Beləliklə, selülitdən xilas olmaq mümkündürmü?

Xüsusilə yay aylarında bir çox qadının sevmədiyi şikayətlərdən biri də selülitdir. Beləliklə, selülitdən tez bir zamanda xilas olmaq mümkündürmü? Selülit problemləri ilə mübarizə aparmağın təbii effektiv yolu nədir?

Xüsusilə kilolu qadınlarda ayaqlarda rast gəlinən selülit problemi piy toxumasının çox olması ilə bağlıdır.

Həmişə dediyimiz kimi, idmanı həyatınızda vərdiş halına salın. İdman ayaq əzələlərini formalaşdırmaqla selülit əmələ gəlməsinin qarşısını alır.

HƏYATINIZDAN DUZU ÇIXARMAĞIA ÇALIŞIN!

Davamlı olaraq selülit problemlərinizi dilə gətirirsinizsə və tədbir görmək istəyirsinizsə, həyatınızda mümkün qədər az duz istifadə etməyə diqqət etməlisiniz. Selülitin görünüşünü artıran şeylərdən biri də duz istehlakıdır. Duzu azaldın. Çox duz və duzlu qidalar kifayət qədər su içilməyəndə orqanizmdə ödem əmələ gətirir. Bu selülitin görünüşünü artıran bir səbəbdir.

Bədənin gün ərzində su ehtiyacını qarşıladığınızdan əmin olun və 10-12 stəkan su içməyə diqqət edin.

BALANSLI QİDALANMA NƏ QƏDƏR TƏSİR EDİR?

Balanslı və nizamlı qidalanma ən vacib məqamlardan biridir. Arıqlamaq üçün qısa zamanda arıqladan diyetlərə qulaq asmaq yerinə balanslı qidalanaraq uzun müddətdə arıqlamağa diqqət edin. Əks halda belə pəhrizlərin tətbiqi selülitin görünüşünü artıra bilər.

ŞƏKƏRDƏN UZAQ OLUN!

Selüliti həyatından çıxarmaq istəyənlər şəkəri həyatlarından çıxarmaq üçün səy göstərməlidirlər. Şəkərin qida dəyəri yoxdur. Bədənə gələn kaloriləri yağ olaraq saxlayaraq selülitə dəstək olur.

Evdarliq.Az



 

 

.