Hamiləlik üçün ideal dövr – Ovulyasiya necə hesablanır?

Ovulyasiya testi necə aparılır? Hamilə qalma ehtimalının daha yüksək olduğu bu dövrü hesablamağın asan yolunu sizin üçün araşdırdıq!

Hamilə qalmaq üçün ayın hansı günlərində cinsi əlaqəyə girməli olduğunuzu təyin edən ovulyasiya dövrü testinin necə edildiyini bilirdinizmi? Menstruasiya dövrünüzü və buna görə də ovulyasiya dövrünüzü izləməklə asanlıqla hamilə qala bilərsiniz. Beləliklə, ovulyasiya dövrü nədir? Qadınlarda ovulyasiya dövrünü necə hesablamaq olar? Burada ovulyasiya dövrünün hesablanması ilə bağlı bütün bəlumatlar!

Ovulyasiya dövrü nədir?

Ovulyasiya dövrü yetkin yumurtanın yumurtalıqlardan fizioloji olaraq sərbəst buraxılmasıdır. Qadınlarda 2 menstruasiya başlaması arasında keçən müddətə görə ovulyasiya vaxtı dəyişsə də, adətən menstruasiya dövrlərinin ortasına təsadüf edən 11-16 gün arasında olur.

Menstrual dövrü müntəzəm olan qadınlarda ovulyasiya dövrünü hesablamaq asandır.


Genikoloji ifrazatın rəngi dəyişərsə...

Düzensiz menstrual dövrü olan qadınların da ovulyasiya olub olmadığını öyrənmək üçün bəzi üsullar var. Bunlar genikoloji ifrazatın dəyişdirilməsi və yapışqan, sürüşkən, rəngsiz və selikli hala gəlməsi və ya qasıqda ağrı və bədən istiliyinin artması kimi amillərdir.

Ovulyasiya testi necə aparılır?

Ovulyasiya dövrünü hesablamaq üçün bir neçə üsul var. Bunun üçün sizə lazım olan tək şey termometrdir. Hər səhər termometri qoltuğunuza qoyun və temperaturun göstəricisini qeyd edin. Menstruasiya dövrünün ortasından sonra təxminən 1 dərəcə yüksək nəticə görəcəksiniz. Bu artımın göründüyü gün ovulyasiya olduğunuzu göstərir. Bu artımı müntəzəm olaraq təqib etsəniz, gələcəkdə ovulyasiya dövrünü bir neçə gün əvvəldən təyin edə bilərsiniz.

Evdarliq.Az