Qoltuq altı qaralmalarına SON – Resept

Qadınların ən çox şikayət etdiyi problemlərdən biri olan qoltuqaltı qaralmasını təbii üsullarla həll edə bilərsiniz.

Qaralmanı aradan qaldırmağın təbii üsulları.

Qolaltının qaralması ondan əziyyət çəkənlər üçün çox vaxt utancvericidir. Bu problem, xüsusən yay aylarında paltar və qolsuz koftalar geyinməyinizə belə mane ola bilər.

Soda

Soda qoltuqaltı ağardılması üçün ən çox tanınan və istifadə edilən üsullardan biridir. Soda ilə bütün məsamələri aça, qoltuqaltılarınızı ağartıb, dezodorant kimi kimyəvi maddələrdən qoruya bilərsiniz. Sodanı bir az su ilə pastaya bənzər bir konsistensiyaya gətirin, qoltuqlarınıza çəkin, bir müddət gözləyin və yuyun.


Alma sirkəsi

Alma sirkəsi mikrobları öldürmək və qoxu əmələ gəlməsinin qarşısını almaq qabiliyyətinə malikdir. Ağardıcı təsiri də var. Sirkəni qoltuqlarınıza çəkin. 15 dəqiqə saxlayın və sonra yuyun.

Limon

Təbii ağardıcı kimi istifadə edilən limon qoltuqaltı ağardıcı kimi də çox effektlidir. Tərkibində turşu olduğundan, həssas dərisi olan insanlara əvvəlcə kiçik bir hissədə bədənlərinin reaksiyalarını yoxlamaları tövsiyə olunur. Təmizlənmiş qoltuqlarınıza limon sürtün, yaxşıca ovuşdurun və bu prosesi gündə bir dəfə təkrarlayın. Limon-şəkər qarışığı hazırlayaraq ölü hüceyrələri də təmizləyə bilərsiniz.

Kartof

Kartof təbii ağardıcı təsirə malikdir. Limondan istifadə edə bilməyən və həssas dəriyə sahib insanlar müxtəlif üsullarla qoltuqaltıları üçün kartofdan istifadə edə bilərlər. Hər gün iki dilim kartofla müntəzəm olaraq qoltuqlarınızı ovuşdurun və ya kartofun suyunu çıxarın və bu suyu qoltuqlarınıza çəkin. Siz həmçinin kartofu əzib maska ​​kimi çəkə bilərsiniz.

Süd

Südün tərkibindəki yağ turşuları və vitaminlər dəriyə təbii işıqlandırma effekti verir. Ən çox görülən üsul südü kəsmiklə qarışdırıb muşa çevirməkdir. Süd və kəsmiki qarışdıraraq hazırladığınız sıyığı qoltuqaltılarınıza çəkin, 15 dəqiqə saxlayın və sonra yuyun. Bunu müntəzəm olaraq edin.

Evdarliq.Az