Qoltuq altınıza LİMON sürtün – İnanılmaz Nəticə!

Təbii üsullarla tər qoxusunun qarşısını necə almaq olar? Tər iyinin qarşısını almağın yolları hansılardır?

Evdə tətbiq edəcəyiniz sadə üsullar sayəsində tər qoxusunun qarşısını ala biləcəksiniz.

Limonu qoltuqlarınıza sürtsəniz...

Bir az limon və su ilə qoltuq altındakı bakteriyaları məhv edib pis qoxunun yaranmasının qarşısını ala bilərsiniz. Yarım stəkan suya yarım limonun suyunu əlavə edin. Pambıq köməyi ilə qoltuğunuza çəkin. Bu qədər! Amma ilk növbədə kiçik bir sahədə limona alerjiniz olub-olmadığını yoxlamaq faydalıdır. Limon turşu olduğu üçün həssas dərini qıcıqlandıra bilər.

Tər iyinə qarşı soda!

Limon və soda tər qoxusuna qarşı təsirli bir həlldir. Bir qaba iki qoltuq üçün kifayət qədər soda qoyun. Üzərinə limon suyunu sıxın və qarışığı pasta halına salın. Onu qoltuqlarınıza sürtün və təxminən 10 dəqiqə saxlayın. Bu qədər. Qoltuqlarınızdakı tər iyindən qurtula biləcəksiniz.

Nə yediyinizə mütləq diqqət yetirin

Tər qoxusunu təyin edən amillərdən biri də şübhəsiz ki, istehlak edilən qidalardır. Yediyiniz qidalara mütləq diqqət yetirin. Xüsusilə ədviyyatlı, soğanlı, sarımsaqlı qidalar bədəninizdə pis qoxuya səbəb ola bilər. Ona görə də belə qidalardan uzaq durun.

Evdarliq.Az



 

 

.