Dizlərdəki və Dirsəklərdəki qaralmaya SON - ən effektli Vasitələr

Dizlərdəki qaralmaları necə aradan qaldırmaq olar?

Dizlərin qaralması demək olar ki, hər bir insanın müəyyən yaşdan sonra yaşadığı problemlər arasındadır. Dizlərinizin qaralması sizi narahat edirsə, evdə asan üsullarla bu problemi həll edə bilərsiniz. Beləliklə, dizdə qaralma necə gedir? Dizlərin ağardılmasının təbii yolları!

Zeytun yağı və şəkər

Bərabər miqdarda zeytun yağı və şəkəri qarışdırın. Qarışığı dirsəklərinizə və dizlərinizə sürtün. Bu yerləri ovuclarınızla 10 dəqiqə massaj edin. Sonra su ilə yuyun.

Kartof dəri rəngini açmaqda effektlidir

Bir kartof götürün, rəndələyin. Krem kimi bir tutarlılığa gələnə qədər qatıq əlavə edin. Bu qarışığı qaralan dizlərinizə çəkin və 15 dəqiqə gözləyin və  su ilə yaxalayın. Dəriniz istədiyiniz rəng tonuna çatana qədər bu prosesi təkrarlaya bilərsiniz.

Soda

Ölü dəri hüceyrələrini təmizləyən möcüzəvi təbii üsullar arasında yer alan soda, bir çox mövzuda olduğu kimi diz qaralmasına da çox yaxşı gəlir. Bunun üçün bir xörək qaşığı soda ilə bir qaşıq süd qarışdırın. Bu qarışığı tündləşmədən narahat olan diz və dirsəklərinizə çəkin. 5-10 dəqiqə belə saxlayın, sonra ilıq su ilə yuyun. Bu prosesi hər gün təkrar etdiyiniz zaman rəng dəyişikliyinin şahidi olacaqsınız.

Bal və limon maskası ilə təbii peeling edin.

Təzə limonun suyunu sıxın və 1 xörək qaşığı bal əlavə edin. Bu qarışığı problemli bölgələrə çəkin və 25 dəqiqə saxlayın. Bundan sonra yaxşıca yaxalayın.

Soğan və sarımsağın möcüzəsini sınayın

Tünd rənglər üçün ən təsirli üsullardan biri soğan və sarımsağın möcüzəsidir. Hər ikisi bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Bir diş sarımsağı təmizləyin və yaxşıca əzin. Eyni şəkildə bir dilim soğanı doğrayın. Soğan və sarımsağı qarışdırın, dizinizin qaralmış bölgələrinə çəkin və 5 dəqiqə ovuclarınızla dizlərinizi ovuşdurun. Sonra su ilə təmizləyin. Sonra 1 hissə qliserin, 2 çay qaşığı limon suyu və 4 çay qaşığı qızılgül suyunu qarışdırın və qarışığı bu nahiyələrə çəkin. 15 dəqiqə saxlayıb yuyun, limon ilə sildiyiniz zaman qoxu qalmaz.

Evdarliq.Az



 

 

.