Makiyajla yatmağın zərərləri nələrdir? “Bir dəfəlik heç nə olmaz” deyib, makiyajla yatmağınız üzünüzə nə zərər verə biləcəyini araşdırdıq.
Biz qadınlar üçün zaman-zaman makiyajı silmək işgəncəyə çevrilə bilər. Xüsusilə çöldən evə gec qayıtsaq. Dəfələrlə olub ki, “bir dəfəlik heç nə olmur” deyib yatmağa gedirik. Bəlkə də aramızda bunu rutin halına gətirənlər var. Əgər belə bir vərdişiniz varsa, diqqətli olun! Dəri üçün çox zərərli olan bu vərdiş vaxtından əvvəl qocalmağınıza səbəb ola bilər. Yaxşı, makiyajla yatmağın başqa hansı bilinməyən zərərləri var? Bu sualın cavabına birlikdə baxaq.
Məsamələri böyüdür.
Makiyajla yatmağın ən böyük zərəri məsamələrin tıxanmasına səbəb olmasıdır. Xüsusilə bütün gün üzümüzdə qalan ənlik və tonal krem kimi makiyaj materialları gecələr dərindən təmizlənməlidir. Əks halda çox ciddi dəri problemlərinə səbəb olar. Tıxanmış məsamələr bir müddət sonra dərinizdə sızanaqlara səbəb olacaq.
Kirpiklər zəifləyir.
Çoxumuz qalın və uzun kirpiklərə sahib olmaq istəyirik, lakin tuşla yatanda kirpiklər quruyur və tökülür. Buna görə də yatmazdan əvvəl göz makiyajınızı yaxşıca təmizləməyi unutmayın.
Dəri parlaqlığını itirir.
Makiyajla yatmaq dərinin qurumasına səbəb olur. Bundan əlavə, dərinin canlılığını itirməsinə və mat görünüş qazanmasına səbəb olur. Bu səbəbdən dərinizin bir gecədə yenilənməsini istəyirsinizsə, dərindən təmizləndiyi üçün məsamələrinizin açıq olmasına diqqət etməlisiniz.
Evdarliq.Az