Ayaqqabılarımızdan pis qoxunu necə çıxarmalı?

Başqalarının yanında ayaqqabılarınızı çıxarmaqdan utanırsınız? Ayaqqabılardan gələn pis qoxu sizi narahat edirsə yeni ayaqqabı almaq üçün pul xərcləməyə ehtiyac yoxdur, çünki xoşagəlməz qoxudan qurtulmağın bir çox sadə və asan yolları var!

1. Yeni İçliklər: Əgər zədələnmiş içlikləriniz varsa onları çıxarıb ya qurudun, ya da yeni içliklərlə dəyişin.

2. Qurutmaq: Ayaqqabılarınızı qızdırıcının yanında və ya günəşli yerə qoyaraq qurudun. Onları quru saxlamaqla qoxuya səbəb olan bakteriyaların çoxalmasının qarşısını almağa kömək edirsiniz.

3. Dondurmaq: Ayaqqabılarınızı dondurun. Qoxulu ayaqqabılarınızı bir plastik torbaya qoyun və sonra onları bir gecə dondurucuda saxlayın. Ayaqqabıların dondurulması qoxu yaradan bakteriyaları öldürür.

4. Qabartma Tozu: Dondurmaq taktikası işə yaramadıqda, ayaqqabının içinə qabartma tozu qoyun və tozun gecə boyunca qoxunu udmasına icazə verin.

5. Portağal Qabığı: Ayaqqabıların içərisinə təzə portağal, qreypfrut və ya limon qabığı qoyun. Təzə sitrus qabığı tərkibindəki efir yağlarına görə əla qoxuya malikdir. Təzə sitrus qabığını bir gecə ayaqqabılarınızda saxlayın və istifadə etməzdən əvvəl çıxarın. Onlar ayaqqabılarınıza xoş bir qoxu verəcəklər.

6. Qara Çay Paketləri: Qara çay paketləri ayaqqabının içərisində olan bakteriyaları öldürməkdə çox təsirli olan taninləri (dəri və mürəkkəb istehsalında istifadə edilən, bəzi qabıq və digər bitki toxumalarında mövcud olan, gallik turşunun törəmələrindən ibarət olan sarımtıl və ya qəhvəyi rəngli acı dadlı üzvi maddə) ehtiva edir. Çay paketini bir neçə dəqiqə qaynar suya qoyun. Daha sonra çay paketini çıxarın və ayaqqabıya qoymazdan əvvəl təxminən 5 dəqiqə soyumasını gözləyin. Sonra isə bir saata qədər ayaqqabıda saxlayın.

Evdarliq.Az



 

 

.