Evdarliq.Az-dan Mətbəx sirləri - işinizi asanlaşdıracaq bilgilər

Xanımların mətbəxdə işini asanlaşdırmaq üçün bir neçə məsləhətləri bu məqalədə birləşdirdik.

Onları aşağıda sizə təqdim edirik.

- Salat üçün qaynatdığınız kartof qaralması deyə, suya 1 xorək qaşığı sirkə əlavə etmək lazımdır. Yeməyin nə dadına nə qoxusuna təsir etmir, lakin kartofu qaralmadan qoruyur və salatın görünüşü daha gözəl olur.

- Suya 1 xorək qaşığı yağ atsanız kartof daha tez bişər.

- Pomidorların qabığını asanlıqla soymaq üçün onları 30 saniyəlik qaynar suya salıb sonra isə üstünə soyuq su axıdın. Qabığı asanlıqla soyulacaq.

- Partlamış pomidor kiflənməsin deyə çat yerinə iri duz səpin.

- Paxla və ya lobya bisirərkən rəngi tündləşməsin deyə qapağını örtməyin.

- Piroq tavaya yapışıbsa, tavanı yaş dəsmal üzərinə qoyun və biir neçə dəqiqə gözləyin, daha sonra piroq asanlıqla çıxacaq.

Evdarliq.Az



 

 

.