Faydalı məsləhətlər

Plastik qablaşdırmanın sağlamlığa təsiri. ARAŞDIRMA

Ailənin gündəlik istifadəsində olan plastik kütlələrin növləri və onların nişanlaması bu qablaşdırma növləri haqqında ətraflı məlumat əldə etməyə imkan verir.

Plastik № 1 (PETE və ya PET) – polietilentereftalat. Plastikin ən çox yayılmış növüdür. Sərinləşdirici içkilər, ketçuplar, bitki yağları, kosmetik vasitələr və s. saxlanması üçün istifadə olunur. Fərqləndirici xüsusiyyəti ucuz olmasıdır. Bu növ plastikin istehsalı xüsusi xərclər tələb etmir. Plastikin belə növündən istifadə etmək yalnız bir dəfə olar. Təkrar istifadə vaxtı butulka və ya qutu təhlükəli maddə– ftalat ifraz edir (zəhərlidir, əsəb və ürək-damar sisteminin ciddi xəstəliklərinə səbəb ola bilər). Plastikin bu növündən Avropada və ABŞ-da uşaq oyuncaqları hazırlamaq qadağandır.

Plastik № 2 (HDPE və ya PE HD) – yüksək sıxlıqlı polietilenidir. Müəyyən qədər ucuz, temperatur təsirlərinə davamlıdır. Belə plastik plastik paketlərin istehsalı vaxtı istifadə olunur, birdəfəli qab-qacaq, qida konteynerləri, yuyucu və təmizləyici vasitələr üçün süd və konteyner üçün paketlər hazırlanır. Emala təslim olur, ikinci istifadə üçün yararlıdır. Nisbətən təhlükəsizdir, hərçənd ki, formaldehidi ifraz edə bilər (zəhərli maddədir, əsəb, tənəffüs və cinsiyyət sistemlərini zədələyir, nəsildə genetik pozulmasına səbəb ola bilər.

Plastik № 3 (PVC və ya V) — polivinilxlorid. Plastik kütlənin bu növü texniki məqsədlərlə istifadə olunur. Məsələn, plastik pəncərələrin istehsalı üçün, mebelin elementləri, borular, süfrələr, texniki maye üçün konteynerlər və başqa. Qida istifadəsi üçün zərərlidir. Plastik kütlənin tərkibində bisfenol A, vinilxlorid, ftalat, həmçinin kadmium var. Plastikin ən təhlükəli növlərindən biridir. Yandırma vaxtı havaya çox təhlükəli və zəhərləri kanserogen dioksinlər ifraz edir.

Plastik № 4 (LDPE və ya PEBD) – aşağı sıxlıqlı polietilendir. Paketlər, zibil kisələri, kompakt-disklər və linoleumun istehsalında itifadə olunur. Bu növün kifayət qədər geniş yayılmasının səbəbi ucuzluğudur. Nisbətən təhlükəsizlik. İnsanın orqanizmi üçün PET-paketlər demək olar ki, təhlükəsizdir ( ancaq ətraf mühitə onların təsirini unutmayın). Nadir hallarda PE-LD növlü formaldehidi ifraz edir. Emala və ikinci istifadəyə təslim olur.

Plastik № 5 (PP) – polipropilen. Möhkəm və istiliyə davamlıdır. Ondan qida konteynerləri, şpritslər və uşaq oyuncaqları hazırlanır. Daha təhlükəsizdir, amma bəzi hallarda formaldehidi ifraz edə bilər.

Plastik № 6 (PS) – polistirol. Plastik kütlənin bu növü ilə siz ət və ya süd bölməsində rastlaşa bilərsiniz. Ondan yoqurt üçün stəkanlar, ət qabları, tərəvəz və meyvə qutuları, sendviç-panellərin və istilik izolyasiyası lövhələrinin istehsalı üçün istifadə olunur. Təkrar istifadə vaxtı stirol kanserogen maddəsi ifraz edir. Mütəxəssislər imkan daxilində plastik kütlənin bu növündən istifadədən imtina etməyi və ya minimuma endirməyi və onun istehlakını azaltmağı məsləhət görürlər.

Plastik № 7 – polikarbonat, poliamid və başqa növləridir. Bu qrupa nömrə almamış digər plastiklər daxildir. Onlardan uşaqlar üçün kiçik butulkalar, oyuncaqlar, su üçün butulkalar, qablaşdırmalar hazırlanır. Sıx yuma və ya qızma vaxtı bisfenol A (insanın orqanizmində hormonal nasazlıqlara səbəb olan maddə) ifraz edir.

Bütün yuxarıda göstərilən plastik kütlənin tərkibində olan əlavə kimyəvi maddələr bu və ya digər dərəcədə müşahidə olunurlar. Orqanizm üçün plastik kütlənin özü təhlükəli deyil, amma əlavə maddələrin tərkibində gizli təhlükə vardır. Əlbəttə, siz nə qədər lazımdırsa plastik kütlənin istənilən növündən istifadə edə və orqanizmdə hansısa bir dəyişikliklərin baş verdiyini hiss etməyə bilərsiniz. Amma bu o demək deyil ki, onlar yoxdur.

Plastikin bütün növ zərərləri özü haqqında istənilən vaxt xəbər verə bilər. Daha dəhşətlisi odur ki, bütün bu zərərli maddələr sizin nəslinizin sağlamlığına təsir edə bilər. Buna görə plastikdən istifadəni bacardığınız qədər minimuma endirin. Mətbəxinizdəki bütün plastik qab-qacaqla vidalaşın. Çalışın heç bir halda dondurmanın, mürəbbənin və s. plastik bağlamaların bankalarını təkrar istifadə etmək üçün saxlamayın.

Xüsusilə uşaq butulkalarının nişanlarına diqqət yetirin. İşə yemək götürdüyünüz plastik saxlama qablarını çalışın tez-tez dəyişəsiniz. Hətta ən keyfiyyətli qutular belə sizə bir aydan çox xidmət etməməlidir. Hər hansi plastik qab alanda onu mütləq iyləyin hətta balaca bir xoşagəlməz qoxu sizi həmin malın keyfiyyəti haqqında düşünməyə vadar edəcəkdir.

Hazırladı: Alyona Hacımuradova

Vib.az


.
Загрузка...

BÜTÜN BÖLMƏLƏRDƏN SEÇMƏLƏR

Saçların gözəlliyini bərpa edən ÇÖRƏK MASKASI

Saçların gözəlliyini bərpa edən ÇÖRƏK…

Kosmetologiya Hits:4844

Çörək B qrupu vitaminlərlə olduqca zəngindir.

Dərini təmizləyən və parıldadan UCUZ VASİTƏ

Dərini təmizləyən və parıldadan UCUZ…

Kosmetologiya Hits:2757

Karbonat (çay sodası) bir çox dəri...

Qadınların intim gigiyenasının 4 VACİB QAYDASI

Qadınların intim gigiyenasının 4 VACİB…

Sağlamlıq Hits:27437

Hər bir qadın intim gigiyenanın əsas...

Kartoflu piroq. 30 dəqiqəyə əla ŞAM YEMƏYİ

Kartoflu piroq. 30 dəqiqəyə əla…

Qəlyanaltılar Hits:22850

Tərkib: - 4 ədəd çiy kartof - 1...

Şokoladlı çərəzli qəlyanaltı

Şokoladlı çərəzli qəlyanaltı

Qəlyanaltılar Hits:813

Həm ləzzətli, həm də sağlam olan...

Çox dadlı ev çörəyi

Çox dadlı ev çörəyi

Qəlyanaltılar Hits:8498

Dadlı, yumşaq ev çörəyi hazırlamaq istəyirsinizsə...

SON ƏLAVƏ OLUNMUŞ MƏLUMATLAR

Üzümlə zərif piroq

Üzümlə zərif piroq

Şirniyyat Hits:408

Ərzaqlar: - 2 yumurta

Gavalı ilə sadə piroq

Gavalı ilə sadə piroq

Şirniyyat Hits:461

Ərzaqlar: - 400 qr gavalı

Çox dadlı qəhvəli peçenye

Çox dadlı qəhvəli peçenye

Şirniyyat Hits:362

Ərzaqlar: - 100 qr kərə yağı

Sadə və dadlı yay salatı

Sadə və dadlı yay salatı

Salatlar Hits:665

Məhsullar: - 200 qr təzə kələm

Şaftalı və xamalı kremlə çox dadlı PİROQ

Şaftalı və xamalı kremlə çox…

Şirniyyat Hits:573

Məhsullar: Xəmir üçün:

Yemişlə sadə və dadlı piroq

Yemişlə sadə və dadlı piroq

Şirniyyat Hits:472

Məhsullar: - 5 yumurta

Tez hazırlanan giləmeyvəli piroq

Tez hazırlanan giləmeyvəli piroq

Şirniyyat Hits:901

Məhsullar: Xəmir:

Qoz və bişmiş squşonka ilə qat-qat pirojki

Qoz və bişmiş squşonka ilə…

Şirniyyat Hits:1066

Məhsullar: - 500 qr hazır qat-qat xəmir

SON ŞƏRHLƏR

Яндекс.Метрика

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az