Gündəlik işlərinizi asanlaşdıracaq SİRRLƏR - ərp,qoxu,ləkə...

-Əgər sizin yaşadığınız ərazidə su çox coddur, su süzgəclərini hər 8-10 həftədən bir dəyişin, əgər su çox cod deyilsə - hər 6 ayda bir. 

-Su ilə qarışdırılmış sirkəni (1:1 nisbətində soyuq su ilə) qəfədanın hər tərəfinə çəkin. Bir neçə saatdan sonra qəfədanı yaxşı-yaxşı yuyun. Bütün ləkə və izləri təmizləyəcək.

-Balığı bişirdikdən sonra əlinizdən balıq iyi gəlirsə, əllərinizi az miqdarda diş pastası ilə yuyun. Limon duzu xoşagəlməz qoxulardan sizi azad edəcək, əllərinizi yumuşaldar və codlaşmış dərini təmizləyər.

-Yemək bişirdikdən əvvəl qril reşotkasını bir baş soğan ilə sürtsəniz yeməyə yüngül tam və qoxu verər.

-Balıq bişirdiyiniz tavanı qızdırılmış duz ilə sürtsəniz tavadan balıq iyi tamamilə gedər.

Müəllif: Fidan Muxtarova

Evdarliq.Az