Mətbəx sirrləri - HİSSƏ 3

Mətbəx avadanlıqlarında olan pas ləkələrinin üzərinə təmizləyici toz töküb, sonra ləkələrin ikiyə bölünmüş kartof ilə sürtsəniz ləkələr yoxa çıxar.

Ləkənin üstünə biraz koka-kola töküb gecə saxlasayıb səhər yuyun. Pas ləkələrini həm də polad yonqar ilə təmizləmək olar,amma emal səthi zədələməmək şərti ilə.

Plastik üzərindəki ləkələrdən çay sodasının ilıq su məhlulu (natrium biokarbonat) köməyi ilə qurtulmaq olar. Bir stəkan suda (250 ml) 60 qr. soda həll edin. İşə başlamamışdan öncə əlcək istifadə etməyi unutmayın. 

Müəllif Fidan Muxtarova.

Evdarliq.Az