Çuqun tavalara qulluq – MƏTBƏX SİRRLƏRİ

Təzə çuqun tavanı əsaslı sürətdə sabun ilə yuyun, yaxalayın və qurulayın.

Sonra içinə biraz bitki yağı töküb tavanı yavaş odda közərənədək qızdırın. Yağ nə yanmalı nə də tüstülənməlidir. Sonra tavanı soyudun və bir daha yuyun. Tava soyuduqdan sonra yumağı unutmayın, ona görə ki çuqun geç soyuyur.

Çuqun tavalarını istifadədən sonra yaxşı təmizləmək lazımdır, əks halda sonrakı yemək bişirmə zamanı yemək qalıqları yanaraq tüstülənə, xoşa gəlməz qoxu saxlaya bilər.

Müəllif Fidan Muxtarova.

Evdarliq.Az