Dermatoloq ağcaqanadlardan qorunmaq üçün MƏSLƏHƏTLƏR verdi

Dermatoloq Gabriella Bertholli, ağcaqanadlardan qorunmağın yollarını izah edir. Bu barədə Pravda.Ru məlumat yayıb.

Mütəxəssisə görə, gündəlik gigiyena prosedurlarınızı bir qədər dəyişdirsəniz bunu etmək çətin deyil.

Həkim kəskin qoxulu şampunu dəyişdirməyi tövsiyə etdi. Bundan əlavə, yatmadan 1-1.5 saat öncədən üz dərisinə qulluq məhsullarından istifadə etməməyiniz lazım olduğunu qeyd etdi. Adi təmizləyici kremləri və maskaları hipoalerjeniklərlə əvəz etmək lazımdır: dəridə qoxu saxlamayayacaqlar.

Mütəxəssis vurğuladı ki, boynuna odekolon, ətir və ya bədən spreyi vurmağa ehtiyac yoxdur - onları yalnız geyimlərə tətbiq etmək lazımdır. Yuyunmaq üçün qoxusuz məhsullar seçmək daha yaxşıdır.

Həkim həşərat əleyhinə məhsulları geyimlə yanaşı dəriyə və saça da tətbiq etməyi tövsiyə etdi. Bertholli, açıq havada olan bitkiləri evə gətirməkdən çəkinməyi məsləhət görür ki, onlarla birlikdə evə müxtəlif həşarat daxil ola bilər.

Evdarliq.Az